Baba Rzayevin qardaşının şirkəti 9 milyonluq tenderin qalibi oldu – FOTO
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti 356 subartezian quyusunun xarici elektrik təchizatının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Report”-a istinadla xəbər veririk ki, tenderin qalibi “Bakelektro” ASC-dir.
Qalib şirkətə 8,9 milyon manat ödəniləcək.
Xatırladaq ki, “Bakelektro” 1998-ci ildə yaradılıb. Onun qanuni təmsilçisi Emin Hüseynağa oğlu Rzayevdir (“Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin qardaşı). Şirkət bir qədər əvvəl Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi, Bakının Ramana qəsəbəsində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi üzrə 4,3 milyon manatlıq açıq tenderin də qalibi olub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır