Bakıda taksidə kondisioner işlətməyə görə əlavə 1 manat istənilir... - GİLEY
Bakıda taksi xidməti göstərən şirkətlərdən davamlı olaraq şikayətlər daxil olmaqdadır. Elə "Facebook" sosial şəbəkəsindəki "Müştəriyəm Şikayətim Var" qrupuna yazan paytaxt sakini Kamran Kərimli də narazılardan biridir.
Bakıdan Sumqayıta gedərkən ailə üzvlərinin "9933" taksi xidmətinin sürücüsü tərəfindən kobudluğu ilə qarşılaşdığını iddia edən narazı vətəndaş yazır:
"Şikayətim "9933" taksii xidmətindəndir. Səhər 60 yaşlı anam və 80 yaşlı nənəm bu şirkətin taksisi ilə Sumqayıta gediblər. Qabaqcadan razılaşdırılmış yol pulu 11.80 azn idi.
Sürücüdən kondisioneri yandırmasını istəyiblər və buna görə əlavə 1 azn istəyib, veriblər. Sonra da evə çatanda 15 azn istəyib. Guya ki çox yol gedib və etiraz etdikdə sürücü kobud danışmağa başlayıb... Belə davranış başqa harda ola bilər?! Nənəsi, anası yoxdu bunların??"
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... 

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı