Bakıda taksidə kondisioner işlətməyə görə əlavə 1 manat istənilir... - GİLEY

Bakıda taksidə kondisioner işlətməyə görə əlavə 1 manat istənilir... - GİLEY Bakıda taksi xidməti göstərən şirkətlərdən davamlı olaraq şikayətlər daxil olmaqdadır. Elə "Facebook" sosial şəbəkəsindəki "Müştəriyəm Şikayətim Var" qrupuna yazan paytaxt sakini Kamran Kərimli də narazılardan biridir.

Bakıdan Sumqayıta gedərkən ailə üzvlərinin "9933" taksi xidmətinin sürücüsü tərəfindən kobudluğu ilə qarşılaşdığını iddia edən narazı vətəndaş yazır:

"Şikayətim "9933" taksii xidmətindəndir. Səhər 60 yaşlı anam və 80 yaşlı nənəm bu şirkətin taksisi ilə Sumqayıta gediblər. Qabaqcadan razılaşdırılmış yol pulu 11.80 azn idi.

Sürücüdən kondisioneri yandırmasını istəyiblər və buna görə əlavə 1 azn istəyib, veriblər. Sonra da evə çatanda 15 azn istəyib. Guya ki çox yol gedib və etiraz etdikdə sürücü kobud danışmağa başlayıb... Belə davranış başqa harda ola bilər?! Nənəsi, anası yoxdu bunların??"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Bakıda taksidə kondisioner işlətməyə görə əlavə 1 manat istənilir... - GİLEY
Geri qayıt