Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Bir neçə il əvvəl Xəzər rayonu, Zağulba prospekti 22 ünvanında yerləşən yerüstü piyada keçidi uzun müzakirələrdən, çoxsaylı faciələrdən və onlarla ölüm hadisəsindən sonra inşa edildi.
Bizimesr.com bildirir ki, müasir deyib tikdikləri piyada keçici AAYDA-nın sabiq sədri Saleh Məmmədovun dövründə keçidi baxımsız qaldı. Ərazi zaman-zaman zibilliyə çevrilirdi. Yalnız ictimai narazılıq yarananda aidiyyəti qurumlar gəlib formal şəkildə ərazini təmizləyib getdilər... O dövrdə insanlar deyirdilər ki, Saleh Məmmədov piyada keçidlərinə lazımi diqqət ayırmır.
Sonra Saleh Məmmədovu vəzifədən qovdular, onun yerinə gənc rəhbər Vüsal Nəsirli təyin olundu. Cəmiyyətdə yeni rəhbərlikdən fərqli yanaşma gözlənilirdi.
Amma bu gün həmin piyada keçidinin vəziyyəti yenə də acınacaqlıdır. Pilləkənlər, keçidin üst hissəsi və ətrafı plastik butulkalar, quru yarpaqlar, kol-kos arasına yığılmış tullantılar və müxtəlif zibillərlə doludur. Ərazi sanki zibil poliqonununa çevirilib.
Üstəlik, söhbət ucqar və nəzarətsiz bir yerdən getmir, bu piyada keçici ölkə rəhbərinin də hər gün istifadə etdiyi əsas magistral yollardan birinin üzərindədir.
Bu mənzərə təkcə ətrafda yaşayan insanlara hörmətsizlik deyil, həm də yol hərəkəti üçün böyük risk yaradır. Küləkli havalarda yola sovrulan tullantılar qəza təhlükəsi yarada bilər.
Belə olan halda sual yaranır - Əgər eyni piyada keçidi həm Saleh Məmmədovun dövründə, həm də Vüsal Nəsirlinin rəhbərliyi dövründə baxımsız və zibillik vəziyyətində qalırsa, onda bu iki rəhbər arasında fərq nədədir? Vüsal Nəsili də elə Saleh Məmmədov deyilmi?
Video BURADA... Baxmaq üçün tıklayın...

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı