XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Yay, pandemiya və susuzluq... - Buzovnada müsibət içində müsibət...

Yay, pandemiya və susuzluq... - Buzovnada müsibət içində müsibət...

Yay, pandemiya və susuzluq... - Buzovnada müsibət içində müsibət...
9-07-2020, 12:44

Azərsu” bilinməyən səbəb üzündən Buzovna sakinlərinə “Kərbala müsibəti” yaşadır...
Xəzər rayonu Buzovna qəsəbəsi Mirzağa Əliuyev küçəsisinin sakinləri uzun illərdir ki, susuzluqdan əziyyət çəkirlər. Bu barədə PİA.az-a ünvanlanan müraciətdə deyilir ki, sakinlər dəfələrlə “Azərsu” ASC-nin yerli və mərkəzi qurumlarına müraciət etsələr də, vətəndaşları su ilə təmin etməyə məsul olan qurumun rəsmiləri uzun illərdir ki, sadəcə onları “yola verməklə” məşğuldurlar.

Xəzər rayonu Buzovna qəsəbəsi Mirzağa Əliuyev küçəsisi 103 ünvanında yaşayan Samir Məmmədov deyir ki, yaxınlıqdan su boruları keçməsinə baxmayaraq 50-yə yaxın evə su çəkilməyib və bu vəziyyət uzun illərdir ki, davam edir.

Maraqlıdır ki, su təminatı olmayan evlər heç də yeni tikilən evlər deyil və “Əli Ayağı” ziyarətgahının yanında yerləşir. Bu evlər sovet dönəmində tikilib və hələ də su ilə təmin edilməyiblər. “Azərsu” ASC-nin rəsmiləri isə bu evlərin niyə hələ də su ilə təchiz edilməməsinə normal bir açıqlama vermir. Sadəcə hər dəfə şikayətçilərə bildirilər ki, yaxın zamanlarda problem həll olumacaq, plana salınacaq, filan. Amma nə sirrdisə, 30-ildən çoxdur ki, bu problem öz həllini tapmır.

Samir Məmmədov vurğuylayıb ki, onların yaxınlığındakı bağ evləri var və bu bağ evləri yeni tikilməsinə baxmayaraq, hamısı “Azərsu” ASC tərəfinddən su ilə təchiz edilib. “Məhəllədə gəzən söz-söhbətə görə onların hamısı su çəkdirmək üçün yerli pul veriblər”, deyə Samir Məmmədov bildirib.

Şikayətçi onu da qeyd edib ki, onlardan suyun çəkilməsinə görə pul istəyən də olmayıb. Sadəcə hansı səbəbdənsə onlara uzun illərdir ki, “çəkiləcək”, “düzələcək”, deyirlər. Amma heç bir şey düzəlmir.

30-a qədər sakinin imzası ilə PİA.az-a müraciət edən Samir Məmmədov onu da bildirib ki, artıq onların səbri tükənib, çünki su borusunun evlərinin yanından keçməsimnə baxmayaraq, “Azərsu” ASC tərəfindən bu şəkildə “cəzalandırılmalarının” səbəbini anlaya bilmirlər. İsti yay günlərində “Kərbəla müsibəti” yaşadıqılarını qeyd edən Samir Məmmədov deyir ki, pandemiya dövründə işsiz qalan sakinlərin çoxusunun hazırda su almağa pulu belə yoxdur.

Qeyd edək ki, məsələ ilkə bağlı “Azərsu” ASC ilə dəfələrlə əlaqə saxlamağa cəhd elədik. Lakin hər dəfə qurumun mətbuat katibi Anar Cəbrəyıllının telefonu “məşğul” oldu. Bəzi həmkərkarımızın da deiyinə görə Anar Cəbrəyıllının telefonu həmişə “məşğul” olur. Görünür ki, “Azərsu” ASC-nin mətbuat katibi bu yolla problemlərdən qaçır və hesab edir ki, insanların su problemi “Azərsu” ASC-nin iştirakı olomadan da öz həllini tapa bilər.
Yay, pandemiya və susuzluq... - Buzovnada müsibət içində müsibət...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.