SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prokurorluq Tovuzdakı insidentlə bağlı məlumat yaydı

Prokurorluq Tovuzdakı insidentlə bağlı məlumat yaydı

Tarix:

18-06-2020, 11:14

/ 935 dəfə oxundu.
Prokurorluq Tovuzdakı insidentlə bağlı məlumat yaydı

İyunun 17-də Tovuz rayonunda 1993-cü il təvəllüdlü Tacəddin Həsənovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur. Bu barədə Tovuz rayon prokurorluğundan verilən məlumatda deyilir.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, izahatlar alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış ilkin araşdırmalarla T.Həsənovun Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, rayon sakini Rafiq Əliyevə məxsus fərdi yaşayış evində suvaq işləri aparan zaman ehtiyyatsızlıqdan elektrik naqillərinin üzərinə su atması nəticəsində elektrik cərəyanı vurmasına məruz qalaraq ölməsi müəyyən edilmişdir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ