Prokurorluq Gəncədəki insidentlə bağlı məlumat yaydı
İyunun 16-da saat 20 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini, 1950-ci il təvəllüdülü Mahir Quliyevin ailə məişət münasibətləri zəminində qardaşı arvadı Ofelya Quliyevanı bıçaqlayaraq öldürməsi, nəvələri – 2006-cı il təvəllüdlü Malik və 2002-ci il təvəllüdlü Sevincə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuşdur,
İstintaqla cinayətin M.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Ələsgər Rüstəmovla Nizami Mayılovun TORBA əməliyyatı - Qanunsuz tikintilərlə icra başçısına qurulan gizli oyun - ARAŞDIRMA
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib