SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İqbal Ağazadə: “Başqa ölkənin güc strukturları yüzlərlə vətəndaşımızı dəyənəkləyirsə, bu, faciədir”

İqbal Ağazadə: “Başqa ölkənin güc strukturları yüzlərlə vətəndaşımızı dəyənəkləyirsə, bu, faciədir”

Tarix:

16-06-2020, 09:48

/ 1 456 dəfə oxundu.
İqbal Ağazadə: “Başqa ölkənin güc strukturları yüzlərlə vətəndaşımızı dəyənəkləyirsə, bu, faciədir”

"Rusiya-Azərbaycan sərhədində baş verən hadisələr olduqca üzücü və utancvericidir. Aylardır xeyli sayda həmvətənimiz evinə, ailəsinə gələ bilmir. Ayrı-ayrı iş adamlarının, xeyirxah insanların köməyilə çadırda, məsciddə və ya açıq havada qalırlar”.

Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə qeyd edib ki, Operativ Qərargahın ən ümdə vəzifəsindən biri də ölkə xaricində qalmış insanları vətənə qaytarmaqdır: “Səlahiyyətli dövlət qurumlarına səslənirəm: Vətəndaşımıza sahib çıxın, onları sahibsiz, kimsəsiz insanlar kimi başqa dövlətin ərazisində saxlamayın. Dövlətə vətəndaşına verilən qiymətə görə hörmət edərlər. Başqa ölkənin güc strukturları yüzlərlə vətəndaşımızı dəyənəkləyirsə, bu, faciədir. Həm də vətəndaşın yox, dövlətin faciəsidir. Hər kəs məsuliyyətini dərk etməli, dərhal həmin insanlar ölkəmizə qaytarılmalıdır”.

Şərhlər

XƏBƏR LENTİ