SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İsti hava ilə bağlı xəbərdarlıq

İsti hava ilə bağlı xəbərdarlıq

Tarix:

12-06-2020, 15:05

/ 1 133 dəfə oxundu.
İsti hava ilə bağlı xəbərdarlıq

Baş verən iqlim dəyişmələrinin təzahürlərindən biri də yay aylarında güclü isti günlərin sayının artmasıdır".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. O, insanlara küçəyə az çıxmağı məsləhət görüb:

"Sinoptiklərin xəbərdarlığına görə, yaxın 2 gündə iyunun 13-14-də Abşeron yarımadası və Bakı şəhərində havanın temperaturunun 40 dərəcəyədək, aran bölgədə isə 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Belə temperatur şəraiti nəinki meteohəssas insanlar, hətta bütün əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında günvurma və istivurma təhlükəsi bu riski bir qədər də artırır. Lakin müəyyən tədbirlər görməklə güclü istilərin mənfi təsirlərindən qorunmaq mümkündür.

Məsələn, vacib olmadığı halda günəş şüalarının daha aktiv olduğu saat 11-dən 17-dək küçəyə çıxmamaq, əgər küçəyə çıxmaq məcburiyyətindəsinizsə, baş örtüyündən və ya çətirdən istifadə edin. Kölgəli yerlərdə olmağa çalışın, özünüzlə su götürün".

Şərhlər

XƏBƏR LENTİ