Milli Sevgililər Günündə hava belə olacaq...
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 35-40, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində
İyunun 30-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək.
Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı saat 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.
Azərbaycanın rayonlarında
İyunun 30-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 37-42, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlıq
İyulun 02-dək Abşeron yarımadasında anomal isti və durğun hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Xəbərdarlıq
Ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraiti iyulun 04-dək davam edəcək. Havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43, dağlıq rayonlarda 28-33 dərəcə isti təşkil edəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?