XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Teymur Mustafayev koronavirusdan vəfat edib - TƏBİB-dən açıqlama

Teymur Mustafayev koronavirusdan vəfat edib - TƏBİB-dən açıqlama

Teymur Mustafayev koronavirusdan vəfat edib - TƏBİB-dən açıqlama
11-06-2020, 19:43

Bu gün dünyasını dəyişən Xalq artisti Teymur Mustafayevin koronavirusdan vəfat etdiyi məlum olub.

TƏBİB-dən verilən məlumatına görə, iyunun 4-ü "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, Kəskin tənəffüs çatışmazlığı, Ağciyər-ürək çatışmazlığı, Şəkərli diabet II tip Ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub. Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub.

Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq Süni ventilyasiya aparatına qoşulub. Həkim İnfeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, bu gün 15:30-da bioloji ölüm qeyd olunub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.