SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Baş nazir karantin cərimələriylə bağlı qərar verdi

Baş nazir karantin cərimələriylə bağlı qərar verdi

Tarix:

9-06-2020, 10:20

/ 778 dəfə oxundu.
Baş nazir karantin cərimələriylə bağlı qərar verdi

Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatının 1.4.3.1.1.2-ci yarımmaddəsi aşağıdakı redaksiyada verilib:

Bununla da büdcə gəlirlərinə bundan sonra sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələrlə yanaşı, karantin rejiminin pozulmasına görə cərimələr də daxil olacaq.

Şərhlər

XƏBƏR LENTİ