XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarılıb - ƏMR

Başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarılıb - ƏMR

Başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarılıb - ƏMR
5-06-2020, 11:50

Ağstafa Rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.

RPŞ-nın rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Məlumata görə, Daxili İşlər naziri Vilayət Eyvazov bu barədə müvafiq əmr imzalayıb. İşdən çıxarılan polis rəisinin yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun qardaşıdır.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.