SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ƏƏSMN işəgötürənlərə xəbərdarlıq edib

ƏƏSMN işəgötürənlərə xəbərdarlıq edib

Tarix:

20-05-2020, 10:26

/ 827 dəfə oxundu.
ƏƏSMN işəgötürənlərə xəbərdarlıq edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemində əmək qanunvericiliyi və onun tətbiqi məsələləri ilə bağlı işəgötürənlər üçün mütəmadi olaraq məlumat və xəbərdarlıqlar, tövsiyə və bildirişlər yerləşdirilir.

Nazirlikdən bildirilib ki, bəqsəd bu sahədə işəgötürənlərin maariflənməsi və əmək qanunvericiliyinin tətbiqi sahəsində onlara köməkliyin göstərilməsidir.

Bir sıra hallarda işəgötürənlər tərəfindən Nazirliyə və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan sorğular sahibkarların bu sahədə məlumatsızlığını göstərir. Fəaliyyətlərində hər hansı qanun pozuntusu aşkarlandıqda da, bunu əmək qanunvericiliyi və onun tətbiqi, qanunvericiliyin tələbləri barədə məlumatsız olmaları ilə əsaslandırırlar.

Ona görə də Nazirlik işəgötürənlərə “Əmək müqaviləsi bildirişi” altsistemində yerləşdirilən məlumat və xəbərdarlıqlar, tövsiyə və bildirişlərlə daim tanış olmağı və onları diqqətdə saxlamağı, bu əsasda da qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tövsiyə edir.

Şərhlər

XƏBƏR LENTİ