SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Səfər Mehdiyevi heç olmasa, sorğu-sual etsinlər... - Müraciət...

Səfər Mehdiyevi heç olmasa, sorğu-sual etsinlər... - Müraciət...

Tarix:

14-05-2020, 12:55

/ 1 029 dəfə oxundu.
Səfər Mehdiyevi heç olmasa, sorğu-sual etsinlər... - Müraciət...

"Son zamanlar Dövlət Təhlküəsizlik Xidmətinin apardığı əməliyyatlar biz ölkə sahibkarlarında böyük rəğbətlə qarşılanmaqdadır. Çünki illər ərzində həm də məhz biz iş adamlarının qanuni fəaliyyəti qarşısında böyük maneə rolunu oynayan icra başçıları, nazirlik işçiləri bu gün layiqli cəzalarını almaqdadır ki, bu da bizi sevindirir, həm də ölkəmizin gələcəyinə olan ümidlərimizi daha da möhkəmləndirir". Bu sözlər DİA.AZ-a göndərilən müraciətdəndir.

Müraciət müəllifləri daha sonra yazırlar: "Təbii ki, bütün bu gözəlliklərin arxasında dayanan ali siyasi iradə cənab Prezidentimiz möhtərəm İlham Əliyevə məxsusdur və biz ölkə sahibkarları olaraq dövlətimizin rəhbərliyinə xüsusi təşəkkürlərimizi çatdırırıq.

Amma ümidlərimiz və gözlədiklərimiz də var.

Kimsə üçün sirr deyil ki, bu gün iş görən hər bir vətəndaşın digər dövlət qurumları ilə yanaşı həm də gömrük orqanları ilə də müəyyən əlaqəsi olur ki, hazırda da ən böyük çətinliklərimizi məhz Dövlət Gömrük Komitəsi və onun strukturları ilə yaşamaqdayıq. Hansısa problemi xırdalayıb, incəliklərinə varmaq istəmirik. Çünki mətbuatımız da sağ olsun, bu barədə geniş xəbərlər yayıb.

Sadəcə olaraq istədiklərimizi ifadə edirik və xahiş edirik ki, DTX-nin növbəti əməliyyatlarından biri Səfər Mehdiyevin rəhbərlik etdiyi Dövlət Gömrük Komitəsində keçirilsin. Səfər Mehdiyevi heç olmasa, sorğu-sual etsinlər... O zaman ortaya çox ciddi faktlar çıxacaq və ölkə sahibkarlarının çox ciddi problemləri öz həllini tapmış olacaq. Öncədən təşəkkür edirik".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin də mövqelərini işıqlandırmağa hazırıq...

Şərhlər

XƏBƏR LENTİ