SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səfər Mehdiyevdən prezidentə şikayət - "DGK sədrinin müavini barəsində məhkəmə qurularsa..."

Səfər Mehdiyevdən prezidentə şikayət - "DGK sədrinin müavini barəsində məhkəmə qurularsa..."

Tarix:

5-04-2017, 10:21

/ 60 521 dəfə oxundu.
Səfər Mehdiyevdən prezidentə şikayət - "DGK sədrinin müavini barəsində məhkəmə qurularsa..."

“Gömrük Komitəsi bizi ölkəyə idxal olunan findığı baha qiymətə rəsmləşdirməyi tələb edir”. Bu sözlər bir nüsxəsi də bizə daxil olan şikayət məktubunda deyilir.
Narazı sahibkarlar adından ünvanlanan müraciətin müəllifləri prezident İlham Əliyevə Dövlət Gömrük Komitəsi rəhbərliyindən və xüsusən də DGK sədrinin müavini Səfər Mehdiyevdən şikayət edirlər.
Onların daxil olan müraciətində deyilir ki, Səfər Mehdiyev şəxsən sahibkarlara racon kəsir və bununla yetinmir:
"Bu gün ölkədəki bahalığın səbəbi hər kəsi düşündürür, narahat edir. Amma kimsə burada gömrük işçilərinin, xüsusən də, Səfər Mehdiyevin fəaliyyətinin birbaşa rol oynadığını araşdırmaq istəmir. Biz sizin vasitənizlə ölkə rəhbərliyindən xahiş edirik: Bizi gömrükdə rəsmən əzirlər, Səfər Mehdiyev elə qiymətlər təklif edir ki, əslində bu qiymətlərlə kimsə ticarət etməz. Biz məcburuq. Sonunda isə itirən vətəndaşlar və Azərbaycan dövləti olur".
Narazı sahibkarlar onu da əlavə edirlər ki, hələlik adlarını gizli saxlayırlar: "Bunu hər kəs başa düşər. Hələ də Səfər Mehdiyev vəzifə başındadır, biz də onunla muhattab olmaq zorundayıq. O isə kinli bir adamdır və bizə zərər vura bilməməsi üçün kimliyimizi açıqlamırıq. Amma sabah bu adam barəsində dövlət hərəkətə keçərsə, məhkəmə qurularsa, əlimizdə olan faktları da təqdim edəcəyik, açığa da çıxacağıq".
Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də olaraq dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ