SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Həftəsonu qadağaları bir neçə dəfə tətbiq edilə bilər" - Ramin Bayramlı

"Həftəsonu qadağaları bir neçə dəfə tətbiq edilə bilər" - Ramin Bayramlı

Tarix:

4-06-2020, 17:37

/ 2 002 dəfə oxundu.
"Həftəsonu qadağaları bir neçə dəfə tətbiq edilə bilər" - Ramin Bayramlı

"İctimai nəqliyyatda insanların çoxunun tibbi maska taxmaq istəməməsi və metroda baş verən arzuolunmaz insident bizi həftəsonu qadağa tətbiq etməyə vadar etdi".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri vurğulayıb ki, maska taxılmaması və sosial məsafələrin saxlanılmaması xəstəliyə yoluxanların sayını artırır:

"Cəzalandırma tədbirləri bundan sonra da davam edəcək. Həftəsonu qadağaları bir neçə dəfə tətbiq edilə bilər. Epidemioloji baxımdan müsbət nəticəsi olsa da, iqtisadi baxımdan mənfidir. Ona görə də qısa müddətli qadağalara getdik".

Şərhlər

XƏBƏR LENTİ