SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Soliton Mağazalar Şəbəkəsi karantin rejimini pozur

Soliton Mağazalar Şəbəkəsi karantin rejimini pozur

Tarix:

27-04-2020, 13:35

/ 2 171 dəfə oxundu.
Soliton Mağazalar Şəbəkəsi karantin rejimini pozur

Məlum olduğu kimi Azərbaycan ərazisində 29 martdan etibarən xüsusi karantin rejimi gücləndirilib. Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam, supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət, eyni zamanda bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət dayandırılıbdır. Bu məqsədyönlü addım ümumilikdə vətəndaşların təhlükəsiz şəraitdə sağlamlığını qoruyur. Bu qaydaları pozanlar isə müvafiq qaydada aşkar edilərək cərimələnir və inzibati qaydada həbs edilir.
Təəssüflər olsun ki, insanların sağlamlığı və təhlükəsizliyini düşünməyən bəzi işbazlar belə çətin günlərdə də öz qazanclarını daha üstün tutmağa üstünlük verdilər. Aktualxeber.az-ın redaksiyasına müraciət edən vətəndaşlar Bakı şəhəri, Asif Məhərrəmli 28C (Memar Əcəmi metrosu yaxınlığı) ünvanında yerləşən Soliton Mağazalar Şəbəkəsinə məxsus məişət texnikası və elektronika məhsullarının satışı dükanı karantin rejimi başlayan gündən bu günədək fəaliyyət göstərməklə virusub yayılmaması üçün tətbiq edilən qaydaların kobud surətdə pozulduğunu bildirərək bunu sübut edən videoçəkilişləri də redaksiyamıza təqdim ediblər. Həmin çəkilişlərdən görünür ki, mağazaya insanlar sərbəst şəkildə daxil olaraq alış-veriş edirlər. Deməli karantin rejiminin qaydaları kobud surətdə pozulur və insanların sıx təması yaranaraq istənilən vaxt yoluxma halları baş verə bilər.
Xatırladaq ki, “Soliton” Mağazalar Şəbəkəsi 1992-ci ildən fəaliyyət göstərir və ölkə üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərlərindən başqa 30 müxtəlif şəhər və rayonlarımızda 80-dən çox mağazası var. Xüsusi karantin rejimi başladığı dövrdən etibarən isə mağazalar fəaliyyətini dayandıraraq onlayn fəaliyyətə keçid edib. Görünür daha çox qazanc əldə etmək istəyən mağaza sahibi açıq satışa keçməyə üstünlük verib və bunun fəsadlarının necə ola biləcəyi qətiyyən onu düşündürməyib. Əlaqədar orqanlar tezliklə tədbir görməsələr həmin mağaza virus mənbəyinə çevrilə bilər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ