Hansı sahələr üzrə fəaliyyətə icazə verilməyəcək? - SİYAHI
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda hansı iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilməyəcəyi müəyyənləşib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilməyəcək:
● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
● muzey və sərgi zallarının fəaliyyəti;
● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);
● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək