XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sabah 20 dərəcə isti olacaq

Sabah 20 dərəcə isti olacaq

Sabah 20 dərəcə isti olacaq
11-04-2020, 14:11

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq.

Şimal küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti, Bakıda gecə 7-9° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunundan 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.