XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Mega City Holding”in MEQA-DƏLƏDUZLUĞU – Vətəndaş Çarəsiz Durumda

"Mega City Holding”in MEQA-DƏLƏDUZLUĞU – Vətəndaş Çarəsiz Durumda

"Mega City Holding”in MEQA-DƏLƏDUZLUĞU – Vətəndaş Çarəsiz Durumda
9-04-2020, 10:27

Maliyyə fırıldaqlarının və dələduzluğun qurbanları köməksiz qalıb. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Asim Yusubov zərərçəkən Rzayev Əlirza İmanverdi oğlunu bir ilə yaxındır ki, aldadır.O, hüquqlarının bərpası üçün kimə müraciət etsin?!
Masallı rayonu Tatyanoba kənd sakini Rzayev Əlirza İmanverdi oğlu tikinti biznesi ilə məşğul olan "MEQA SİTİ HOIDİNQ” MMC- nın maliyyə fırıldağının qurbanlarından biridir. O, 05 may 2015- ci ildə holdinqin icraçı direktoru Məmmədov Elnur Adil oğlu ilə müqavilə bağlayaraq Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində Talıblı küçəsi – 1 ünvanında tikintisinə başlanmış yaşayış binasında 50.2 kv metr sahəli bir otaqlı mənzil növbəsinə yazılmış və mənzil üçün 30(otuz) min 500 ( beş yüz) manat pul ödəmişdir.Elnur Məmmədov ona möhürlü- imzalı maliyyə arayışı da verib. Lakin 21 yanvar 2016- cı ildə bir neçə şəxsi aldadıb pullarını mənimsədiyinə görə holdinqin rəhbəri Qədirov Aqil Əhməd oğluna qarşı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi qaldırılaraq barəsində axtarış elan edilmişdir.Məhz bundan sonra holdinqin rəhbərliyinin fırıldaqları barədə məlumatlar KİV- də yayılmışdır. İcraçı direktor Elnur Məmmədov və onun köməkçisi Maksud adlı şəxs Əlirza Rzayevi əmin etmişlər ki, mənzil almaq üçün bağladıqları müqavilə tam hüquqi əsaslara malikdir və 61 -ci mənzil onun istifadəsinə veriləcək.
2017-ci ildə tikintisi başa çatmış yaşayış binasında mənzillərin sahiblərinə verilməsi zamanı məlum olmuşdur ki, Əlirza Rzayevin adına yazılan 61 saylı mənzilə görə Bakı şəhər sakini Səlimov Firudin Müzəffər oğlu da 25 iyun 2014 -cü ildə 20(iyirmi) min 100(yüz) ABŞ dolları ödəmiş və maliyyə arayışı almışdır.Bundan sonra Əlirza Rzyevin əzablı yolları başlanmışdır. O, mənzil hüququnun bərpası üçün "MEQA SİTİ HOLDİNQ” MMC- nin rəhbərliyindən Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004) 5375/2017 saylı 11 avqust 2017- ci il tarixli Qətnaməsinə əsasən Əlirza Rzayevin iddiası təmin edilərək icrasından ötrü Yasamal rayon İcra və Probasiya şöbəsinə
təqdimat göndərilmişdir.Həmin ərəfədə Elnur Məmmədov ondan əlavə olaraq 3000(üç min) manat pul alaraq mənzil hüququnu bərpa etdirəcəyini bildirib. Lakin məhkəmə qətnaməsi icra olunmamışdır.Firudin Səlimov Yasamal rayon Məhkəməsinin qətnaməsindən Bakı Appelyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasına Appelyasiya şikayəti vermişdir və şikayətini geri götürmüşdür.Bakı Appelyasiya Məhkəməsinin hakimi Xəyal Sarıyevin 23 fevral 2018- ci il tarixli 2(103)-2620/2018 saylı Qərarı ilə onun şikayətinə xitam verilmişdir.Maraqlıdır ki, Yasamal rayon Məhkəməsinin Azərbaycan Reslublikası adından çıxarılan qətnaməsini icra etməyən Yasamal rayon İcra və Probasiya şöbəsi Firudin Səlimova himayədarlıq etmişdir. Böyük İcra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu Ramin Muradov 61 saylı mənzilin qapısı üzərində Firudin Səlimovun mobil telefon nömrəsinin yazıldığını əsas gətirərək qətnaməni icra etməkdən yayınmış və mənzilin Firudin Səlimova verilməsi üçün 07 iyun 2018- ci ildə akt tərtib etmişdir. Gülüncdür, elə deyilmi? Yəqin ki, rüşvət və tanışlıq prosesdə həlledici rol oynayıb. 2018- ci ildə vətəndaşların çoxsaylı şikayətlərinə əsasən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində "MEQA SİTİ HOLDİNQ”MMC -nin rəhbərliyinə qarşı Azərbaycan Respublikası CM- nin 178.3.2-ci və 177- 189 maddələri ilə cinayət işinin istintaqına başlanılıb.Holdinqin rəhbəri Qədirov Aqil Əhməd oğlu və icraçı direktor Məmmədov Elnur Adil oğlu barəsində həbs qətimkan tədbiri seçilib.Iakin Maksud(Maksim) adlı vasitəçi şəxs isə azadlıqda qalıb.Əlirza Rzayevin bildirdiyinə görə müstəntiq Asim Yusubov zərərçəkən şəxs qismində ondan da izahat alıb cinayət işinə əlavə etmişdir.Amma, 05 may 2019 -cu il tarixdən 22 may 2019- cu ilə kimi keçirilən məhkəmə prosesinə çağrılmamışdır. Bir il müddətində müstəntiq Asim Yusubova dəfələrlə zəng etsə də müraciətləri nəticəsiz qalıb.Asim Yusubov onu aldadaraq hər dəfə vəd verir ki, istintaq davam edəcək və maddi ziyan ödəniləcək.Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Asim Yusubovun təqdim etdiyi siyahiyə əsasən 36 nəfər zərərçəkənin iştirakı təmin olunmuşdur.Çoxlu sayda zərərçəkənlərin hüquqları pozulub, bir sözlə istintaq orqanı holdinqin rəhbərliyinin maliyyə fırıldaqlarının və dələduzluq cinayətlərinin həcmini kiçiltmişdir.Sual olunur, dələduzları və "MEQA SİTİ HOLDİNQ” MMC- ni hansı oliqarx məmur himayə edir ki, istintaq orqanı onun qarşısında aciz qalıb? Zərərçəkən Əlirza Rzayev bildirir ki, mənzil almaqdan ötrü Elnur Məmmədova verdiyi 34(otuz) min 500(beş) yüz manat pulun 15( on beş) min manatını yaxın qohumlarından borc alıb. Hal- hazırda ailəsi ağır maddi və mənəvi sıxıntı içində yaşayır. Dövlət tərəfindən kömək yoxdur. Ona dəyən maddi ziyan isə bilavasitə müstəntiq Asim Yusubovun tutduğu mövqeyə görə bərpa olunmamışdır. O, bildirir ki, Prezident İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova hüququnun bərpa edilməsindən ötrü müraciətlər etməsinə baxmayaraq, başdansovdu cavablardan başqa nəticə hasil olmamışdır. Biz isə Prezident İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova müraciət edirik, Əlirza Rzayevin hüquqlarını hansı ölkənin qanunları ilə bərpa etmək olar?!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.