SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Ailənin bir üzvü işləyirsə ailənin başqa nümayəndəsi dəstək ala bilməz"- Nazir

"Ailənin bir üzvü işləyirsə ailənin başqa nümayəndəsi dəstək ala bilməz"- Nazir

Tarix:

7-04-2020, 18:28

/ 1 033 dəfə oxundu.
"Ailənin bir üzvü işləyirsə ailənin başqa nümayəndəsi dəstək ala bilməz"- Nazir

"Birmənalı şəkildə bilməliyik ki, dəstək sosial cəhətdən həssas təbəqəyə aiddir"...
"Bəzən əmək müqaviləsi ilə işləyən şəxslər belə birdəfəlik ödəniş almaq üçün müraciət edirlər. Birmənalı şəkildə bilməliyik ki, dəstək sosial cəhətdən həssas təbəqəyə aiddir. Əgər ailənin bir üzvü əmək müqaviləsi ilə işləyirsə ailə üzvlərinin başqa nümayəndəsi əlavə dəstək ala bilməz".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, gəlir mənbəyi olanların işsizliklə bağlı müraciət etməsi sadəcə işi ləngidir.

S.Babayev qeyd edib ki, məhz işsiz hesab edilən şəxslər üçün birdəfəlik ödəniş ediləcək:

"Son iki gün ərzində 10 minlərlə müraciət emal edilib. Qeydiyyata düşən və haqqı olan hər kəsə ödəniş olunacaq".

Şərhlər

XƏBƏR LENTİ