SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabah 15 dərəcə isti olacaq

Sabah 15 dərəcə isti olacaq

Tarix:

26-03-2020, 14:34

/ 669 dəfə oxundu.
Sabah 15 dərəcə isti olacaq

Martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
ƏTRAFLI
Project GLO

Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-16° isti, Bakıda gecə 6-8° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Şərhlər

XƏBƏR LENTİ