9 saylı ETSİ-nin əməkdaşı Əlzamin Şahbazov İbrahim Verdiyevdən Nazirliyin adından rüşvət alıb? -İDDİA
9 saylı ETSİ-nin əməkdaşı Əlzamin Şahbazov İbrahim Verdiyevdən Nazirliyin adından rüşvət alıb? -İDDİA
ETSİ-nin işçisinin Füzulu rayonunda sahibkar İbrahim Verdiyevdən rüşvət aldığı iddia edilir
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 9 saylı ETSİ-nin müffətişi Əlzamin Şahbazov haqqında araşdırma başladılıb.
Məlumata görə Əlzamin Şahbazov Füzulu rayonunda beton zavodunun rəhbəri, sahibkar İbrahim Verdiyevdən rüşvət alıb. Əlzamin Şahbazovun Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından iş adamından qanunsuz rüşvət almasına görə, İbrahim Verdiyev onun əməli barədə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Əldə etdyimiz məlumata görə 9 saylı ETSİ-nin müffətişi Əlzamin Şahbazovla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə edilən şikayətlə bağlı araşdırılma aparılır və cinayət işi başlanılacaq, - deyə etibarlı mənbədən məlumat verilib.
Bildirək ki, Əlzamin Şahbazov 9 salı Ekologiya İdarəsinin rəis müavini İnqilab Kazımovun yaxın qohumudur. Rəis müavininə arxalanan Əlzamin Şahbazov bir çox sahibkardan ETSN-nin adına haqq aldığı iddia edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional idarəsinə sorğu verdik lakin bildirilib ki, "Sizin 13.03.2025-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumu olduğu üçün Nazirliyin Mətbuat Xidmətinə müraciət edəsiniz."
Elə 9 saylı Regional idarənin cavabını əsas götürərək bu səfərdə Nazirliyin mətbuat Xidmətinə və rəsmi elektron ünvanlarına sorğu verdik. Lakin 15 gündən artıq müddətdir ki, Nazirliyin rəsmilərindən və ya mətbuat xidmətindən hər hansı cavab ala bilmirik. Yenədə məsələ ilə bağlı rəsmi qurumun və şəxsin mövqeyini dinləməyə hazırıq.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
(BakuNews.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...