XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sabah 15 dərəcə isti olacaq

Sabah 15 dərəcə isti olacaq

Sabah 15 dərəcə isti olacaq
9-03-2020, 16:33

Martın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Bakıda isə gecə 5-7° isti, gündüz 13-15° isti gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.