SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yataqxana sakinlərinin acınacaqlı durumu... - FOTO

Yataqxana sakinlərinin acınacaqlı durumu... - FOTO

Tarix:

20-03-2020, 11:59

/ 966 dəfə oxundu.
Yataqxana sakinlərinin acınacaqlı durumu... - FOTO

Bakı şəhəri, Dərnəgül ərazisində yerləşən Nəsirəddin Tusi adına 3 nömrəli yataqxana sakinləri yataqxananın şəraitsizliyindən və yeni növ koronavirusun yayıldığı dövrdə həyati təhlükələrinin olmasından narahatdırlar.
Yeniavaz.com-a müraciət edən sakinlər lazımi qurumların heç olmasa bir dəfə gəlib yataqxananı dezinfeksiya etməsini istəyiblər: "Yataqxana 5 mərtəbədən ibarətdir, hər mərtəbədə isə 25 ailə yaşayır. Yataqxana bərbad vəziyyətdədir, içərisində antisanitariya hökm sürür. Hər yeri dezinfeksiya edirlər, insanların çox olduğu yerlərə getməyin deyirlər, metroları, avtobusları dərmanlayırlar, bəs yataqxanalarda yaşayan sakinləri niyə düşünmürlər? Hər evdə 4-5 nəfər eyni vanna otağından istifadə edir. Bir nəfərə virus düşsə hamı tutacaq vəziyyətdədir. Azyaşlı uşaqlara yazıqdır".
Sakinlər spirt və maskadan istifadə etdiklərini desələr də narahat olduqlarını bildiriblər: " Bizim də şəxsi evimiz olsa qapını bağlayıb oturarıq evimizdə. Amma burada məcbur hər kəs ümumi vanna otağından istifadə edir. Əlimizdən gəldiyi qədər ətrafı təmizləyirik, spirt və maskadan istifadə edirik. Bir istəyimiz var lazımi qurumlar yataqxanaya gəlib bir dəfə dezinfeksiya eləsinlər, biz də rahat olaq".
Yataqxana sakinlərinin acınacaqlı durumu... - FOTO



Şərhlər

XƏBƏR LENTİ