SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyadan - ŞİKAYƏT

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyadan - ŞİKAYƏT

Tarix:

13-03-2020, 13:41

/ 1 074 dəfə oxundu.
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyadan - ŞİKAYƏT

Azərbaycan Respublikası Prezidenti

İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikası Birinci

Vitse-Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikası Təhsil naziri

Ceyhun Bayramova

Sumqayıt şəhəri, 9-cu mkr, ev 37, mən. 17-də yaşayan Abasova Alina Zakir qızı tərəfindən (055-579-20-35)

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ :

Möhtərəm Cənab Prezident!

Siz hər zaman çıxışlarınızda ictimai nəzarətin vacibliyindən danışır, məmurları xalqı incitməməyə, onlara xidmət etməyə çağırırsınız. Sonuncu dəfə Milli Məclisin yeni tərkibdə ilk plenar iclasındakı çıxışınızda bildirmişdiniz ki, “Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var". Məhz bu çıxışlarınız məni Sizə bu müraciəti etməyə ruhlandırıb, düşünürəm ki, Sizə etdiyim bu müraciət obyektiv araşdırılıb qanuni tədbir görüləcək.

Möhtərəm Cənab Prezident!

Mən 2007-ci ildə APU-ni fərqlənmə diplomu ilə fizika müəllimliyi ixtisası üzrə, 2012-ci ildə isə həmin ixtisas üzrə magistraturanı bitirmişəm. 2013-cü ildə dövlət qulluğuna imtahanlarda 100 baldan 83 bal toplayaraq yüksək nəticə qazansam da həmişə arzum orta məktəbdə müəllim işləmək olub. Ona görə də 2013-cü ildə o zamankı hörmətli təhsil naziri Mikayıl Cabbarovun qəbulunda olmuşam və onun göstərişilə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada kimya laborantı vəzifəsinə işə qəbul olunmuşam. İşlədiyim dövrdə həmişə yüksək nizam-intizamımla fərqlənmiş, heç bir töhmət və xəbərdarlıq almamışam. Hətta 2014-2017-ci ilədək direktor Nizami Əhmədovun öz dərslərini də onun yerinə mən tədris etmişəm, amma maaşı özü alıb. Lakin sonradan qadın müəllimlər arasında olan söz-söhbətlərə direktora yaraşmayan tərzdə müdaxilə etdiyinə və mənə məlum olmayan səbəbdən bu söz-söhbətlərdə dərs hissə müavini Çinarə Məmmədovanı müdafiə etməsi və mənə qarşı vəzifəsinə yaraşmayan ifadələrlə kobud davranması direktor-işçi münasibətlərimizin korlanmasına səbəb olmuşdur.

Hüquqlarımı qoruduğuma və haqqımı tələb etdiymə görə dəfələrlə məni işdən qovacağı ilə hədələmiş, hər dəfə də demişdir ki, “mənim hər yerdə adamım var, özün də görürsən ki, heç kim mənimlə bacarmır, şəhərdə pensiya yaşı tamam olub direktor işləyən təkcə mənəm, 70 yaşıma kimi də işləyəcəm, səni də iti qovan kimi burdan qovaram”. Nəticədə də doğurdan da dediyi kimi elədi və 2020-ci il fevralın 25-də məni kabinetinə çağıraraq hədələdi, işdən çıxmağım barədə ərizə yazdıraraq həmin ərizədə tarix kimi yanvarın 25-ni göstərməyimi tələb etdi. Əks halda kollektivin ona tabe olduğunu və mənim üzümə saxlayıb 70-ci maddənin “ç” bəndi ilə işdən çıxaracağını bildirdi. Əmək kitabçamın korlanmaması üçün qorxudan Nizami Əhmədovun dediyi kimi etdim və məni işdən azad etdi.

Möhtərəm Cənab Prezident!

TETG təkcə hər il ali məktəbə qəbul olanların sayına görə deyil, korrupsiyanın səviyyəsinə görə də ölkə üzrə təhsil müəssisələri içərisində ilk yerlərdədir. Direktor konkret olaraq müavini Çinarə Məmmədovanı aşkar müdafiə edir, bildirir ki, “nə qədər mən burdayam Çinarə də burda müavin olacaq, ürəyi istədiyi vaxt işə gələr, işdən gedər”. Dərs hissə müavini şagirdlərə, müəllimlərə nümunə olmalıdır, amma direktorun himayəsi müavini elə arxayın salıb ki, məktəbə qiymətli daş-qaşlar, aksessuarlarla bəzənib gəlir. Halbuki məktəbdə direktorun öz göstərişilə belə hallar qadağan olunub. TTEG-na qəbul imtahanla olsa da bəzən bu imtahan formal həyata keçirilir, dərs jurnallarını müavinin əvəzinə laborantlar yoxlayır. Məktəbdəki qanunsuzluqlara etiraz edəndə isə direktor “yalançının vicdanına tüpürüm” kimi müəllimə yaraşmayan ifadələr işlədir.

Möhtərəm Cənab Prezident!

Nizami Əhmədov artıq 68 yaşın içindədir və əsəblərinə hakim ola, məktəbi yeni dövrün tələblərinə uyğun idarə edə, gənclərin öz savadları, qabiliyyətlərilə irəli getməsini həzm edə bilmir, kurikulum metodu ilə dərs keçə bilmədiyinə görə, dərslərini başqa müəllimlərə həvalə edir. Ona görə də çox xahiş edirəm ki, Sumqayıt şəhər TTEG direktoru Nizami Əhmədov və onun himayəsində olan müavini Çinarə Məmmədovanın fəaliyyəti obyektiv araşdırılsın və qanuni ölçü götürülsün.


İmza: Abasova Alina Zakir qızı
12 mart 2020-ci il

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ