SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Məlumatı əvvəllər mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar” – İlham Əliyev

"Məlumatı əvvəllər mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar” – İlham Əliyev

Tarix:

10-03-2020, 21:39

/ 802 dəfə oxundu.
"Məlumatı əvvəllər mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar” – İlham Əliyev

"Verin bu məlumatı, göndərin məktubları”...
“Vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları”.

Bunu Prezident İlham Əliyev deyib.

“İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk” – Prezident bildirib.

Şərhlər

XƏBƏR LENTİ