SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yevlax şəhər sahibkarlarından Cənab Prezidentə - Şikayət

Yevlax şəhər sahibkarlarından Cənab Prezidentə - Şikayət

Tarix:

9-06-2020, 17:48

/ 12 282 dəfə oxundu.
Yevlax şəhər sahibkarlarından Cənab Prezidentə - Şikayət

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm​ cənab İlham Əliyevə

Sürəti :​ Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Baş Prakuroru cənab​ ​ Kamran Əliyevə

Surəti: Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab​ ​ Mikayıl Cabbarova

​ ​ ​ ​ ​ ​ ​ Möhtərəm Cənab Prezident​ Sizin prezidentliyiniz dövründə Azərbaycan çoxlu sayda uğur əldə edib, ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri arasında öz layiqli yerini tutub, iqtisadi, siyasi sferalarda, xüsusilə də sosial sahədə mühüm nailiyyətlər əldə edilib, iqtisadi çətinliklərin öhdəsindən mətinliklə gəlib. Bu gün COVID-19 virusunun bütün dünyaya yayılaraq kütləvi insan tələfatına gətirib çıxardığı bir zamanda Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızı bu təhlükədən qorumaq məqsədilə uzaqgörənliklə gördüyünüz bütün tədbirləri bəyənir və dəstəkləyirik.

Son illərdə Sizin rəhbərliyinizlə ölkəmizdə əldə edilən nailiyyətlər göz önündədir. Biz xalq olaraq keçmişi də görmüşük, bu günü də görürük. Əlbəttə ki, fərq çox böyükdür. 1990-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən xaosu, özbaşınalığı indi tərəqqi, yüksək rifah əvəzləyib. Bunu xarici ölkələrin dövlət və ictimai xadimləri dəfələrlə qeyd edib, nüfuzlu beynəlxalq təşkilatların hesabatları göstərib. Azərbaycanda hökm sürən iqtisadi sabitlik, əmin-amanlıq, dini, milli-mənəvi dəyərlərə göstərilən qayğı nəticəsində möhkəmlənən tolerant mühit digər dövlətlərə nümunədir. Müstəqil Azərbaycan dövlətinin siyasətini, buradakı əmin-amanlığı bəyənməyən, düşmən dəyirmanına su tökən, onların və Azərbaycanda böhran, tənəzzül, qarşıdurma yaratmağa çalışan qüvvələrin maliyyə resurslarından bəhrələnən bu ünsürlər ən böyük nifrətə layiqdirlər.

​ ​ ​ ​ Möhtərəm Cənab Prezident Sizə bu məktubu ünvanlamağımızın əsas səbəblərindən biridə Yevlax şəhərinin Deputatı İlham Məmmədovla bağlıdır. Bildirmək istəyirik ki, deputat İlham Kazım oğlu​ Məmmədov qaunsuz əməlləri iə Dövlətimizə ləkə gətirən​ Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun doğma əmisi oğludur. Sizə Yevlax sakinləri və sahibkarları olaraq çatdırmaq istəyirik ki, Deputat İlham Məmmədov Yevlax rayon Yeni Azərbaycan Partiyasının sədridir və​ YAP-nın adına yaraşmayan çirkin əməlləri ilə​ Yevlaxda «MAKLER» ləqəbi qazanmışdır. Beləki, Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatı adından və bütün dünyanı bürüyən COVİD 19 virusu ilə əlaqədar sahibkarlardan məcburi şəkildə pul yığaraq öz şəxsi maraqları üçün istifadə etməklə məşğuldur. Biz sahibkarlar artıq təngə gəlmişik. Bu qədər qanunsuzluq olmaz axı. Axı biz Azərbaycan xalqı belə olmamışıq.Biz Yevlax sakinləri və sahibkarları olaraq dəfələrlə Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevə müraciət etsəkdə müraciətimizə baxılmamışdır. Anar Tağıyev cənablarına​ 11 şikayət ərizəsi ilə müracət etsəkdə müraciətimiz əsassız qalmışdır. Biz sonda məcbur qalaraq Sizə müraciət etməli olduq. Möhtərəm Cənab Prezident bizim ümid yerimiz Sizsiniz. Xahiş edirik müraciətimizi nəzarətə götütürüb​ aidiyyatı qurumlara tapşırıq verəsiniz və bu şikayətimiz şəffaf şəkildə araşdırılıb Sizə məlumat verilsin.

Abdullayev Faiq
Əliyev Vüqar
Səmədov Samir
Əliyev Etibar
Qazıyev Vüsal

Şərhlər

XƏBƏR LENTİ