SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Gilan Holdinq”in İT şirkəti cərimələndi

“Gilan Holdinq”in İT şirkəti cərimələndi

Tarix:

2-03-2020, 16:15

/ 1 124 dəfə oxundu.
“Gilan Holdinq”in İT şirkəti cərimələndi

“QafqazNet” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 1 500 manat məbləğində cərimə edilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 462-ci (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) maddəsi ilə təqsirli bilib.

Qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, 2015-ci ildə təsis edilən “Qafqaz Net” MMC “Gilan Holdinq” daxilində biznes strukturları arasında mərkəzləşdirilmiş şəbəkə infrastrukturunun yaradılması və internet xidmətinin verilməsini həyata keçirir.
Şirkətinin əsas fəaliyyəti İT həllər, proqramlaşdırma, kommunikasiya (fiber-optik kabelləşmə, daxili şəbəkə, telefoniya, wifi zonaları, kabel tv və iptv, domofon), yüksək cərəyan üzrə elektrik işləri və avtomatlaşdırması, təhlükəsizlik xidmətləri (müşahidə kamera sistemləri, giriş-çıxışlara nəzarət sistemləri – turniket, şlaqbaum, bollard və s.), İnternet servis xidmətləri, Coğrafi İnformasiya Sistemlərin (Nəqliyyatın İzlənməsi Sisteminin, GPS) tətbiqi kimi sahələri əhatə edir. Şirkətin rəhbəri Cəfərov Adil Ələddin oğludur.

Şərhlər

XƏBƏR LENTİ