SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əli Əsədov bu qanuna dəyişiklik etdi

Əli Əsədov bu qanuna dəyişiklik etdi

Tarix:

22-02-2020, 17:23

/ 902 dəfə oxundu.
Əli Əsədov bu qanuna dəyişiklik etdi

Nazirlər Kabineti “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nın və “Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi barədə” və “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nda “psixi” sözü “psixoloji” sözü ilə əvəz edilib. Eyni zamanda sənədə "psixoloji korreksiya" sözü salınıb.

“Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərarda edilən dəyişikliyə görə, sənəddəki “psixoloji və sosial reabilitasiyasını” sözləri “sosial reabilitasiyasını, psixoloji reabilitasiya və psixoloji korreksiyasını” sözləri ilə əvəzlənib.

Şərhlər

XƏBƏR LENTİ