Bu şəxslər üçün yeni yardım mərkəzləri yaradılır
Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncamı məişət zorakılığından zərər çəkmiş şəxslər üçün də sosial xidmətlərin dairəsinin genişləndirilməsinə imkan verib.
Sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri ilə hazırda Ağcabədi, Şəki və Şəmkir rayonlarında məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması işləri aparılır.
İxtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən yaradılacaq bu mərkəzlərdə məişət zorakılığından zərər çəkmiş şəxslər reabilitasiya yönümlü sosial xidmətlərlə təmin ediləcəklər. Onlara hüquqi, sosial və psixoloji yardımlar göstəriləcək, normal həyata davam etmələri üçün zəruri işlər aparılacaq. Həmçinin məişət zorakılığından zərər çəkmiş uşaqlara digər həmyaşıdları kimi təhsillərini davam etdirmələrinə, bacarıqlarının inkişafına dəstək göstəriləcək.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb