SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vilayət Eyvazov qəbul keçirdi

Vilayət Eyvazov qəbul keçirdi

Tarix:

15-02-2020, 13:42

/ 869 dəfə oxundu.
Vilayət Eyvazov qəbul keçirdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, V.Eyvazov onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini dinləyərək, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.

Tədbirdə iştirak edən şəxslər göstərilən diqqət və qayğıya, müraciətlərinə çevik reaksiyaya və həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlıq ediblər.

Şərhlər

XƏBƏR LENTİ