SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əmək hüquqları pozulmuş səhiyyə işçisi Mehriban Əliyevaya müraciət etdi

Əmək hüquqları pozulmuş səhiyyə işçisi Mehriban Əliyevaya müraciət etdi

Tarix:

8-02-2020, 11:24

/ 5 510 dəfə oxundu.
Əmək hüquqları pozulmuş səhiyyə işçisi Mehriban Əliyevaya müraciət etdi

Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya
Baki şəhəri,Nizami r-nu Şirin Mirzəyev 87/76, bina 1 mən 53 ünvanında yaşayan Əliyeva Gülxar Firdovsi qızı tərəfindən:


Ərizə

Hörmətli Mehriban xanım: Yazıb Sizdən xahiş edirəm ki, Sizə ünvanladığım şikayət ərizəmin araşdırılmasını öz nəzarətinizə götürəsiniz. Mən Əliyeva Gülxar 10 (on) ildir ki 1 saylı Kliniki Tibbi Mərkəzin Hemodializ şöbəsində Təsərrüfat bacısı vəzifəsində çalışıram. 15.01.2020-ci il tarixində davamlı olaraq dializ olunan pasient Ələkbərova İmmi növbəti dializ seansına gələrkən pasientin qızı Ələkbərova Gülşən Hemodializ şöbəsinin tibb bacısı Rəhimova Sevinc ilə hemodializ olunan pasientlərə qanunla göstəriş olan “EPREKS” adlı dərmanın anasına hansı səbəbdən verilməməsi səbəbindən aralarında səs küylü mübahisə yarandığı üçün pasientin qızına yaxınlaşıb şöbədə ağır pasientlərin olduğunu nəzərə almasını və səs küy etməməsini xahiş etdikdə mənimlə mübahisə etməyə başladı mən dərhal təsərüffat bacısı otağına keçib şöbənin baş tibb bacısı Mirvarid xanım ilə telefon əlaqəsi yaradaraq pasientin şikayətlərini ona bildirdim. Pasientin qızı şöbənin baş tibb bacısının işdə olmaması, şöbə müdirinin bu məsələyə öz tərəfindən mövqe bildirməməsini görüb daha da qəzəblənərək Səhiyyə Nazirliyinə şikayət etmişdir. Şikayət Baş həkim Ədalət Dadaşovun araşdırıldığı gün şikayətçi şikayətinin mənim ilə heç bir əlaqəsi olmadığını bildirirərək ərizəsini geri götürmüşdür.
16.01.2020-ci il tarixində xəstəxananın Baş həkimi Ədalət Dadaşov məsələni düzgün araşdırmadan məni iş otağina çağıraraq pasient ilə niyə mübahisə etdiyimi söylədi.Baş həkimə bildirdim ki, sizə mənim haqqımda bu məsələdə yalnış məlumat veriblər. Lakin sözlərimə əhəmiyyət verməyən Baş həkim məni tutduğum vəzifədən heç bir əsas olmadan azad etdi. Bu haqsızlığa dözə bilməyib intahar etdim məni Təcili Yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində həkimlər yenidən həyata qaytardılar.Qızım Babayeva Lalə Baş həkim Ədalət Dadaşova rəsmi olaraq yazılı şikayət ərizəsi ilə məsələnin düzgün araşdırılmasını xahiş etmişdir lakin Baş həkim insan həyatının intahar həddinə çatdırılmasına əhəmiyyət verməmişdir. Mən Toksikologiya şöbəsinə gətirilərkən, yaxınlarım tərəfindən intahar səbəbindən zəhərlənməyimi qəbul şöbəsində qeydiyyat kitabında qeyd edən növbətçi tibb işçisi bu məsələnin ərazi üzrə Polis şöbəsinə bildirməmişdir.
Hörmətli Mehriban xanım Hemodializ şöbəsində belə hallar tez-tez baş verir pasientlər ilə tibb işçiləri arasında olan belə səs küylü mübahisələrin əsas səbəbi dərmanların pasientlərə vaxtı vaxtında verilməməsi,dializ cihazlarında yaranan nasazlıq, şöbədə havalandırma sisteminin düzgün işləməməsi və s.
Hemodializ şöbəsinə 7 (yeddi) ilə yaxındır ki, Şöbə müdiri vəzifəsinə gənc yaşında təyin olunan Cəlalov Mirhaşım və şöbənin Baş tibb bacısı Məmmədəliyeva Mirvarid haqqında Prezident administrasiyasına və Səhiyyə Nazirliyinə dəfələrlə əsaslı şikayətlər daxil olunsada heç bir nəticə verilməmişdir. Son 5 (beş) ildə şöbə müdiri haqqında edilən şikayətlər nəzərə alınsa, şöbədə olan işçilərin əksəriyyəti öz işlərini icra etmir misal olaraq; texnik vəzifəsində qeydiyyatda olan heç bir tibbi təhsil almayan işçilər tibb bacısı işini icra edir texniki işçi çatışmazlığı yaranır, şöbədə tibb bacısı çatışmamazlığı olduğu səbəbindən xəstəxananın digər şöbələrindən Hemodializ şöbəsinə müvəqqəti işləmək üçün tibb bacıları təhkim olunur. Hemodializ şöbəsinin çatmamazlıqları bunlarla da bitmir şöbədə mühafizəçi olmadığı üçün hər hansı bir münaqişəli mübahisə yaranan zaman tibb işçiləri ilə pasientləri sakitləşdirməyi də mənə tapşırıblar.
15.01.2020-ci il tarixində pasient ilə tibb bacısı Rəhimova Sevinc arasında yaranan mübahisə zamanı pasientin şikayətlərini dinləməməsi şöbə müdiri Mirhaşım Cəlalovunda rəhbər olduğu halda özünü kənara çəkməsi bu məsələni daha da ciddiləşdirmişdir.
Çalışdığım illər ərzində ümumi sayı 400 (dörd yüzə) yaxın pasienti olan Hemodializ şöbəsində mənim heç bir pasient və onların yaxınları ilə mübahisəli məsələm olmamışdır hər zaman öz işimi vicdan ilə yerinə yetirmişəm, bu pasientlərin başqa-başqa profilli pasientlərdən daha çox qayğı və nəvazişə ehtiyacları olduğunu hər zaman anlamışam.
Lakin Baş həkim Ədalət Dadaşovun şikayəti düzgün araşdırmadan bütün noqsanları mənim üzərimə yükləməsi açıq aydın sübut edir ki gənc şöbə müdiri Mirhaşım Cəlalov və şöbənin baş tibb bacısı Mirvarid Məmmədəliyevanın pasient ilə mübahisə yaradan tibb bacısı Rəhimova Sevinc hüquqları hüquqi müstəvidə araşdırılmadan qorunur. Bu məsələyə Ədalət Dadaşov hüquqi tərəfdən yanaşa bilməməsi isə hüquqlarını qoruduğu şəxslərin yaxın qohumlarının yüksək vəzifədə çalışan şəxslərdən çəkinməsidir.


Əmək hüquqları pozulmuş vətəndaş:
Əliyeva Gülxar Firdovsi qızı
Əmək hüquqları pozulmuş səhiyyə işçisi Mehriban Əliyevaya müraciət etdi

Şərhlər

XƏBƏR LENTİ