SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Övladı ağır xəstə olan Salyan rayon sakini Mehriban xanım Əliyevaya müraciət etdi

Övladı ağır xəstə olan Salyan rayon sakini Mehriban xanım Əliyevaya müraciət etdi

Tarix:

31-12-2021, 21:40

/ 1 163 dəfə oxundu.
Övladı ağır xəstə olan Salyan rayon sakini Mehriban xanım Əliyevaya müraciət etdi

Azərbaycan Respublikasının 1-ci vitse prezidenti, Birinci xanım Mehriban Əliyevaya. 

Çox hörmətli xanım. 

Yeganə oğlum Hacıyev Müseyib Səxavət oğlunun 2012-ci ildən "Dağınıq skleroz" diaqnozu ilə xəstə  olması, edilən müalicələrin heç bir nəticə verməməsi və müalicəsinin Türkiyənin İstanbul universiteti Tibb fakultəsində "Okpevus" 300 mq/10ml adlı dərmanla müalicə edilməsinin  mümkün olması barədə tərəfimdən Sizə ünvanlanmış 11 oktyabr 2021-ci il tarixli müraciətim Səhiyyə nazirliyinə, oradan da İcbari Tibbi Sığorta Dövlət Agentliyinə göndərilsə də hələ də münasibət bildirilməmişdir. 
Oğlumun mübtəla olduğu xəstəliyin şiddətlənməsi səbəbindən müalicənin Türkiyədəki yuxarıda göstərdiyim Tibb müəssisəsində davam etdirilməsi üçün kömək etməyinizi Sizdən bir daha acizanə xahiş edirəm. 
Hörmətlə; 
Hacıyev Səxavət.

Şərhlər

XƏBƏR LENTİ