SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabunçu məktəblərində uşaq oğurluğuna cəhd? - FOTO+SƏS YAZISI

Sabunçu məktəblərində uşaq oğurluğuna cəhd? - FOTO+SƏS YAZISI

Tarix:

24-01-2020, 00:49

/ 1 134 dəfə oxundu.
Sabunçu məktəblərində uşaq oğurluğuna cəhd? - FOTO+SƏS YAZISI

Sabunçu rayonu, Bakıxanov rayonunda yerləşən 96 saylı məktəbin valideynləri məktəbə uşaq oğurluğu məqsədilə gələn qadın haqda məlumat paylaşıblar.

AFN xəbər verir ki, valideynlərin votsapp qruplarında paylaşılan səs yazısında bildirilir ki, 96 saylı məktəbin qarşısına gələn qadın (fotogörüntüləri də əlavə edilib-red.) guya nəvəsi üçün gəldiyini deyir, əslində isə məktəbli qızları aldadaraq aparmaq məqsədi güdür: "Maşında 3 nəfər kişi oturub, bu qadın da qız uşaqlarına "telefon verəcəm" deyə aldadaraq aparmaq istəyib. Valideynləyin müdaxiləsindən sonra niyyətinə çata bilməyib".

Valideynlər AFN-ə açıqlamalarında onu da bildiriblər ki, fotodakı qadın Sabunçuda yerləşən bir neçə məktəbdə görünüb: "Mənim övladım 67 saylı orta məktəbdə oxuyur, deyilənə görə, orada da görünüb bu qadın".

Qeyd edək ki, görüntülərdəki xanımı tanımırıq və ona ulaşmaq imkanlarımız 0-dır. Gecə saatları olduğu üçün müvafiq qurumlarla da əlaqə saxlamaq imkanımız olmadı. Gün ərzində məsələ ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.

Sabunçu məktəblərində uşaq oğurluğuna cəhd? - FOTO+SƏS YAZISI

Şərhlər

XƏBƏR LENTİ