XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Sərnişin avtobusu qəzaya düşdü - 4 qadın yaralandı

Sərnişin avtobusu qəzaya düşdü - 4 qadın yaralandı

Sərnişin avtobusu qəzaya düşdü - 4 qadın yaralandı
11-06-2019, 17:14

Zığ yolunda marşrut avtobusunun iştirakı ilə qəza baş verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 104 saylı sərnişin avtobusunun düşdüyü qəza nəticəsində 4 nəfər yaralanıb.

Onlardan 43 və 34 yaşlı qadınlar 3 saylı Sabunçu rayon Xəstəxanasına, 50 yaşlı qadın Klinik Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.

Hər 4 qadına bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.