XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Panorama Park yaşayış kompleks sakinləri Azərişıq-dan şikayətçidir

Panorama Park yaşayış kompleks sakinləri Azərişıq-dan şikayətçidir

Panorama Park yaşayış kompleks sakinləri Azərişıq-dan şikayətçidir
23-01-2020, 16:01

Salam, bir abonent, Panorama Park yaşayış kompleks sakinlərinin nümayəndəsi olaraq Azərişıq a şikayətimiz var. Demək məsələ belədir. Yaşadığımız Panorama Park yaşayış kompleksində Azərişıq sayğac quraşdırmadan öncə elektrik enerji sərfiyyatının ödənişini MTK tərəfindən quraşdırılan sayğaclar vasitəsi ilə MTK-a ödəniş edirdik. (orta hesabla ayda 20-35 AZN). Daha sonra Azərişıq 2019 Noyabr ayının 20-də start verdiyi lakin 10 dekabr 2019 tarixində plomblayıb, qeydiyyatada alıb sərfiyyatı hesabladığı və 10 yanvar 2020-də göndərdiyi bildirişdə anormal məbləğlər ortaya çıxdı. Bildirişdə qeyd olunan sərfiyyat və məbləğlər dodaq uçurdan qismindədir.

Azərişığın nümayəndəsinin bildirdiyinə görə məbləğlər bildirişdə 30 gün qeyd edilsə də əslində 50 günün yəni sayğacların quraşdırıldığı (start verilib lakin plomblanmadığı gündən) hesabıdır. Azərbaycan Prezidentinin sərəncamı ilə və qanunla nizamlanan qaydada elektrik sərfiyyatı 30 gün içində hesablanmalıdır və hər bir abonent üçün 300 kv limitdən istifadə haqqı tanınır. Əgər 50 günlük bir sərfiyyat varsa Azərişıq bunu niyə iki bildiriş formasında deyildə tək bir ay halında göndərir? Səbəb nədir? Vətəndaş kimi tanın limitdən niyə istifadə etməməliyəm? Prezidentin göstərişinə və qanunlara zidd hərəkət edirsiz? Burada Azərişığın və ya MTK marağı nədir?
Məsələ ilə əlaqədar MTK-a müraciət etsəkdə bizləri Azərişığa yönləndirir, Azərişığa müraciət etdikdə isə bizi "Məsələni MTK həll etməlidir." deyərək yola salır. Əlacsız qalan sakinlər Azərişığa müraciət edərək sayğacların yoxlanılmasını tələb etdik lakin sayğacların normal işlədiyini hər hansı bir problem olmadığını qeyd etdilər.
Sayğaclar quraşdırılıb, nə müqavilə var, nə aktlar, nə dəki sadaladığım bu sənədlərdə abonent olaraq biz sakinlərin (yaşayan) imzaları yoxdur. Heç bir halda sayğac quraşdırılanda, plomblananda iştirak etməmişik. Sayğacın sıfır (0) olduğunun sübutu yoxdur və hal hazırda tələm tələsik ödənişlərin ödənilməsini tələb edirlər.

Mənim İyun ayından 20 Noyabr ayına dək toplam sərf edilmiş elektrik sərfiyyatı 2791 kvts olduğu halda Azərişıqdan 10.12.2019-10.01.2020 tarixləri arasında qeyd etdiyi sərfiyyat isə 2524 kvts gəlir.

Düşünün!, 83 kvm sahəli mənzil bu müddətdə 702 AZN sərfiyyat hesablayırlar. Sizcə bu nə dərəcədə düzgündür? digər bildirişləri posta əlavə edirəm.

Biz sakinlər olaraq hesablamanın düzgün olmadığını və 20 gün (qeydiyyata alındığı, plomblandığı gündən) hesablanan elektrik enerji sərfiyyatının hesabımızdan silinməsini tələb edirik!

Mövzü ilə əlaqədar xəbər portalları, xəbər saytları istinad bildirmədən də yayımlaya bilər.
Panorama Park yaşayış kompleks sakinləri Azərişıq-dan şikayətçidir











XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.