"Azərişıq" abonenti "borclu" çıxartdı: 78 manat - ŞİKAYƏT
Tovuz rayonunun İbrahimhacılı kənd sakini Vilayət Vəli oğlu Musayev "Azərişıq" ASC-nin Tovuz Elektrik Şəbəkəsindən narazıdır.
İstifadə etdiyi elektrik enerjisinə görə vaxtlı-vaxtında ödəniş edən Vilayət Musayev bildirir ki, ötən ilin noyabr ayında sayğac dəyişdi və dekabrda isə məlumat verdilər ki, 78 manat borcunuz var: " Noyabrda sayğacı dəyişdilər, amma sayğac dəyişmə aktının surətini mənə vermədilər. Dekabr ayında da bildiriş verdilər ki, 78 manat ödəməliyəm. Məəttəl qaldım ki, nə səbəbə? Çünki elektrik enerjisinə borcum yox idi".
Vilayət Musayev məsələni öyrənmək üçün "Azərişıq" ASC-nin Tovuz Elektrik Şəbəkəsinə də gedib. Borclu olmayan abonenti isə sözün əsl mənasında "borclu" çıxarıblar:
"Mənə bildirdilər ki, həmin məbləğin 44 manatı sayğacın qiymətidir, 10 manat isə dəyişmək haqqıdır. 24 manat da elektrik enerjisinə görə ödəməli olduğunuz puldur. Sayğac nə zamandan pullu olub? Sayğac pulludursa, niyə öncədən mənə məlumat verilməyib? Özləri dəyişib özləri qiymət oxuyur..."
Məsələ ilə bağlı "Azərişıq" ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, əgər sayğaca abonent tərəfindən müdaxilələr olubsa və bu zaman sayğac yararsız hala düşübsə, bu halda abonent yeni sayğac üçün ödəniş etməlidir. Digər hallarda isə sayğac pulsuz quraşdırılır".
"Qaynar"

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...