SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azərişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar

"Azərişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar

Tarix:

8-10-2020, 15:53

/ 1 147 dəfə oxundu.
"Azərişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar

Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 300 dəfəyədək vurulub, həmçinin 250-dən çox transformator və 800-dək dayaq yararsız hala düşüb.

Yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı “Azərişıq” ASC əməkdaşlarının fədakar əməyi sayəsində uğurla icra olunur. Təmas xəttinə yaxın yaşayış məntəqələrində 24 saat fasiləsiz xidmət göstərən , dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır.
Onu da qeyd edək ki, cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq “Azərişıq” ASC-də ilk gündən etibarən Xüsusi Qərargah yaradılıb. Təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində “Azərişıq” ASC əməkdaşları 24 saat növbətçilik əsasında göcləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır.

Şərhlər

XƏBƏR LENTİ