XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü oldu - FOTOLAR

İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü oldu - FOTOLAR

İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü oldu - FOTOLAR
20-01-2020, 11:47

35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə növbəti görüşünü yenə də Gəncə Prospektinin sakinləri ilə keçirdi. Yüzlərlə insanın qarşısında çıxış edən namizəd məhəlli və ümumrespublika problemlərindən danışdı, onların həll yollarını dilə gətirdi.​

İlk növbədə 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.

20 yanvar hadisələrindən danışan Qarabağ qazisi İ. Ağazadə qeyd etdi ki, bu vətən üçün şəhid olmağa hazıram: "Əgər tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqı həmişə torpaqlarını itirə-itirə gəlib. Biz isə həmişə susmuşuq. Elə susduğumuza görə də növbəti dəfə torpaqlarımıza göz dikiblər. Əgər Qarabaqa görə də sussaq, növbəti torpaq itgimiz olacaq. , deyə bilmərəm hara olacaq, amma olacaq. Biz torpağımızı işğaldan azad etməliyik. Sülh yoludursa, sülh yolu ilə, müharibədirsə, müharibə. Mən 20 yaşımda gedib Qarabağda vurulmuşam. 30 il keçib. Lazım olsa bu yaşımda da gedib vuruşaram".

Sonda, İ. Ağazadə sakinləri bir-bir dinlədi, suallarını cavablandırdı. Sakinlər isə onu dəstəklədiklərini bildirib seçkidə mütləq iştirak edəcəklərini qeyd etdilər.
İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü oldu - FOTOLAR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.