İqbal Ağazadənin sakinlərlə növbəti görüşü - FOTO
35 saylı Xətai üçüncü Seçki Dairəsindən millət vəkilliyinə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə rayonun Gəncə prospektinin bir hissəsinin sakinləri ilə görüşüb.
İ.Ağazadə sakinlərə deyib ki, o, görüşə onlardan xeyir-dua almağa gəlib: "Bir valideynin övladı üzərində nə qədər haqqı varsa, bir siyasətçinin üzərində də seçicilərin o qədər haqqı var. Haqqınızı mən zaman-zaman doğrultmağa çalışacam. Telefon nömrəm hər bukletdə var, zəngləri şəxsən özüm açıram. 2001-ci ildə sizlərə verdiyim o telefon nömrəsi indi də məndədir, heç dəyişmədim".
İ.Ağazadə daha sonra bunları qeyd edib: "Bizi daha çox narahat edən gənclərimizin işsizlik problemi, uşaq pulu məsələsi, təqaüdçülərimizin, müəllimlərimizin problemləridir. Müllət vəkili təkcə məhəlli problemləri həll etmək üçün deyil, ölkə miqyasında düşünməyi bacarmalı, xalqın problemlərinin həlli üçün çalışmalıdır. Biz uzun bir yola çıxırıq. Mənə xeyir-dua verməyinizi, uğur arzulamağınızı istəyirəm. Sizlər mənim arxamda dayanmasanız, mən bu prossesdə qalib gələ bilmərəm".
Görüşün sonunda Qarabağ qazisi İ.Ağazadə sakinlərin suallarına cavab verib. Sakinlərin "Biz keçən seçkilərdə gəlib sizə səs verdik, niyə qutudan başqası çıxdı?" sualını partiya sədri belə cavablandırıb: "Bu dəfə mən seçicilərimin haqqını kimsəyə verməyəcəm. Buna görə hər birinizə söz verirəm".
Sonda Gəncə prospektinin sakinləri İ.Ağazadəni əmin ediblər ki, 9 fevralda səsverməyə gedib məhz ona səs verəcəklər.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?