XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » DSMF-nin Neftçala rayon şöbəsində yoxlama başladı

DSMF-nin Neftçala rayon şöbəsində yoxlama başladı

DSMF-nin Neftçala rayon şöbəsində yoxlama başladı
11-01-2020, 13:12

Dövlət Sosial Müdafiə Fondu Neftçala rayon şöbəsində ciddi yoxlama başladı...
Bizimxeber.az-a rayondan verilən məlumata görə, bu gün bir neçə nəfər rayon şöbəsinə gələrək yoxlamaya başlayıb.

Məlumatda qeyd edilir ki, yoxlama əsasən “DOST İş Mərkəzi” MMC ilə əmək müqaviləsi bağlanılmış Neftçala rayonu üzrə əməkhaqqı alan ictimai işçilərin kimliyini araşdırmaqdır.

Qeyd edək ki, “DOST İş Mərkəzi” MMC ilə əmək müqaviləsi bağlanılmış Neftçala rayonu üzrə əməkhaqqı alan ictimai işçilərin siyahısına nəzər saldıqda bu fakt çılpaqlığı ilə ortaya çıxır.

Məlumata görə, “DOST İş Mərkəzi” MMC ilə əmək müqaviləsi bağlanılmış Neftçala rayonu üzrə əməkhaqqı alan ictimai işçilərin siyahısı rayon rəhbərliyinin, bir başa icra başçısı İsmayıl Vəliyev və birinci müavini Vurğun Əkbərovun “nəzarəti” altında hazırlanıb.

Əmək haqqı kartları həbslərdən sonra insanlara paylanıb və hər kəsə danışmamaq tapşırılıb.

Amma siyahıya diqqət etdikdə daha ciddi pozuntular açıq-aşkar ortaya çıxır. Siyahıda kimlərin adı var? Adı siyahıda olub əmək haqqı alanlar əslində hardadır? Siyahıda birinci müavini Vurğun Əkbərovun neçə qohumunun adı var? İcra başçısı İsmayıl Vəliyev öz yaxın adamlarının adını bu siyahıya yazmaqla nəyə nail olub?

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.