XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Binəqədi MKTB-də ünvanı belə bəlli olmayan “İnpeksN”MMC ilə işlər görür

Binəqədi MKTB-də ünvanı belə bəlli olmayan “İnpeksN”MMC ilə işlər görür

Binəqədi MKTB-də ünvanı belə bəlli olmayan “İnpeksN”MMC ilə işlər görür
29-12-2019, 15:24

Son bir neçə aydır dövrü mətbuatın gündəmindən düşməyən,azərbaycanın istənilən bölgəsində, istənilən sahə üzrə keçirilən tenderlərin qalibi olan “İnpeksN” Məhdud Məsuliyyətli Cəmiyyəti hələ də iş başındadır.Yəni mətbuatın bu qədər yazmasına baxmayaraq,ünvanı belə heç kimə bəlli olmayan bu MMC hələ də dövlətin büdcə pullarını talamaqda davam edir. Yaxud da əlaqədar təşkilatlar bu qədər yazılanlara baxmayaraq yenə də “İnpeksN” MMC-yə şərait yaratmaqdan əl çəkmirlər. Görünür son cıxışlarında ölkə başçısı İlham Əliyev cənablarının hər şeyi mətbuatdan öyrəndiyi barədə verdiyi mesajlar da bu insanları qanunsuz əməllərindən çəkindirmir.

“İnpeksN”MMC-nin adı son qalibi olduğu çoxsaylı,müəmmalı tenderlərdən bir neçəsi də Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş sifarişlərdə görsənməkdədir. Belə ki, MMC 30.12.2019-cu il tarixdə elan olunmuş ,ictimai işlərə cəlb edilmiş işçilər üçün mal-material, geyim və inventarların satınalınması üzrə 8634.77 manat, 29.07.2019-cu ildə avadanlıq işlərinin aparılması üzrə elan olunmuş tenderlər üzrə 437924.95 manat və mənzil fondunun təmir işləri üzrə 247058.02 manat dəyətində işlərin görülməsi üzrə satınalmaların qalibi olmuşdur. Sözügedən MMC 25.06.2019-cu ildə isə ödənişli ictimai işlərə cəlb edilimiş işçilərin təsərrüfat malları ilə təmin edilməsi üzrə keçirilmiş iki tenderin qalibi olmuşdur. Ayrı-ayrılıqda 168433.2 və 204810.24 manatlıq bu tenderlər üzrə müqavilə 23 aprel 2019-cu il tarıxdə bağlanmışdır. Lakin, güya saytda olan texniki problemlər səbəbindən müqaviləni yerləşdirmək mümkün olmamış və bu iş-işdən keçdikdən iki ay sonra elan olunmuşdur?

Aktualinfo.org un əldə etdiyi məlumatlara görə əvvəlcədən razılaşdırıldan sonra “İnpeks N” tenderdə qalib elan olunur. Bir müddət sonra işin icrasına başlamaq üçün MMC nin hesabına pul köçürülür.Burada satınalmalar haqqında qanunu heç bir tələbinə riayyət olunmur. Bu Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən edilən birinci qanunsuzluq. Növbəti mərhələ bəs necə davam etdirilir? Heç bir maddi texniki bazası olmayan,ünvanı belə gizlin olan bu MMC dövlət sifarişlərini necə həyata keçirir? Qeyd edək ki, görülən işləriə sərf olunacaq vəsaitin qədərini əvvəlcədən hər iki tərəf çox yaxşı bilir.Sifarişçi tərəf də,icraçı da. İcraçı təmir işlərinin aparılması üçün qul bazarından və yaxud da rayonlardan gündəlik pula işləməyə gələnlərdən briqada təşkil edir. Burada lazım olan texniki avadanlıqlar daş kəsən mişar,qaynaq aparatı,laqonda və sailr kimi tikintidə lazım olan avadanlıqlar fəhlələrin özlərinin olur. MMC rəhbəri heç bir müqavilə bağlamadan fəhlələrə günü 10-15 manat,ustalara 20-25 manat pul verir. Yükdaşımaları üçün lazım olan avtomobillər də gündəlik icarəyə götürülür. Nəticədə görülən işlərə cüzi xərclər çəkilir lakin gizlin tərtib olunan sənədlərdə külli miqdarda xərc çəkildiyi göstərilir. Ayrlmış əsas vəsaitin əlli faizi işə sərf olunursa,yerdə qalanı bir neçə nəfər arasında bölüşdürülür.

Qeyd etdiyimiz kimi “İnpeksN”MMC son bir ildə qalibi olduğu tenderlər yolu ilə milyonlarla dövlət vəsaitini yüxarıda göstərdiyimiz üsullarla həyata keçirməklə dövlətə külli miqdarda ziyan vurduğu açıq aşkar görünür. Binəqədi Mənzil Kommunal Təsərüfatı Birliyinin rəisi Elmin Zamanovun da burada öz payı təbii ki var. İctimai işlərə cəlb edilmiş işçilərin əmək haqqı kartlarının əllərindən alınması barədə artıq onlarla fakt aşkarlanıb və cinayət işi qaldırılması barədə məlumatlar da yayılıb.İndi Elmin Zamanov olmayan işçilər üçün mal-material, geyim və inventarların satın alaraq kimlərə verir? Bu maraqlıdır? Qeyd edək ki,Elmin Zamanov Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyinə bir il müddətdir ki,rəis vəzifəsinə gətirilib. Əvvəllər Binəqədi rayonunda 9 saylı Mənzil Kommunal İstismar Sahəsində rəis işləmiş Elmin Zamanov işdən çıxarılmış Azər Məmmədovla bir sıra layihələrə “inza” atdığı bildirilir. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin ona etimad göstərməsi isə Elmin Zamanovun bu kimi işlərdə səriştəli olduğundan irəli gəldiyi söylənilir. Bəs görəsən bu işlərə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev hansı mövqedə dayanır? Axı Elxan müəllimin özü də vaxtı ilə biznesmen olub və tikinti sahəsində görülən işlərə çox rəhbərlik edib. Bu işlərin necə həyata keçirilməsini zənnimizcə o hamıdan yaxşı bılər.

Aktualinfo.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.