SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Suraxanı MKTB-də Mais Məmmədovun 20 illik fəaliyyətinin görünməyən tərəfləri

Suraxanı MKTB-də Mais Məmmədovun 20 illik fəaliyyətinin görünməyən tərəfləri

Tarix:

24-07-2020, 11:53

/ 1 679 dəfə oxundu.
Suraxanı MKTB-də Mais Məmmədovun 20 illik fəaliyyətinin görünməyən tərəfləri

Bu gün vətəndaşlar tərəfindən ən çox narazılıqlar, şikayətlər olunan dövlət qurumlarının başında İcra Hakimiyyəti orqanlarının durduğu heç kimə sirr deyil.Bir çox İcra başçılarının yarıtmaz fəaliyyəti və onların aqibəti artıq hamıya bəllidir.Prezident İlham Əliyev demək olar ki,keçirdiyi bütün iclaslarda,qeyri-rəsmi görüşlərdə öz iradlarını bildirir, İcra başçılarına fəaliyyətlərində dönüş yaratmağı,yaranmış nöqsanları aradan qaldırmağı tapşırır.Bütün bunlara baxmyaraq bu gün köhnə şakərindən əl çəkməyən,idarəetməni dövlətin mənafeyi üçün deyil, şəxsi maraqları naminə hələ də yönəldənlər var.Fəaliyyətində ciddi nöqsanlar olduğu söylənilən icra strukturlarından biri də Suraxanı rayon İcra Hakimiyyətidir.Düzdür Əziz Əzizov sözügedən rayona bir neçə aydır ki,İcra başçısı təyin olunub.Amma Suraxanı rayon İcra Hakimiyyətinin köhnə başçısından qalma,həllini gözləyən problemlər az deyil.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə sözügedən problemlər təkcə İcra Hakimiyyətinin keçmiş başçısı İlqar Abbasovun yaratdıqları deyil,həm də Suraxanıda uzun illərdir rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədovun da əməyi var.İlqar Abbasovun ən yaxın adamlarından hesab olunan Mais Məmmədov bu gün də fəaliyyətini davam etdirməkdədir.Qeyd edək ki,Mais Məmmədov hələ Hacıbala Abutalıbovun 1995-2000-ci illərdə Suraxanı rayon İcra Hakimiyyətinə başçılıq etdiyi dönəmlərdən Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis vəzifəsində çalışır.Mais Məmmədov 2005-2019-cu illərdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuş İlqar Abbasovla da yüksək səviyyədə işbirliyi həyata keçiriblər.Hal-hazırda 12 noyabr 2019-cu il tarixdən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Əziz Əzizovla da bu siyasət hələlik uğurla davam etdirilir.Artıq 25 ilə yaxın bir müddət ərzində Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə rəhbərlik edən Mais Məmmədovun fəaliyyəti isə göz qabağındadır. Onun və qardaşlarının tutduqları vəzifələr hesabına əldə etdikləri imkanlar barədə dövrü mətbuatda çox yazılıb.Yayılan informasiyalara görə,təkə o,tutduğu vəzifədən istifadə edərək rayonun ayrı-ayrı qəsəbə və ərazilərində biznes obyektləri tikdirib. Mais Məmmədovun bunları hansı yollarla əldə etdiyinə gəlincə.Təbii ki,rayon ərazisində təmir-tikinti,abadlıq və digər işlərin görülməsi üçün büdcədən ayrılmış dövlət vəsaitlərinin silinməsi hesabına.

Qeyd edək ki,Mais Məmmədovun Suraxanı MKTB-də rəhbərliyə başladığı gündən abadlıq içlərinə milyonlarla vəsait ayrılıb.Lakin bu vəsaitlərin nə qədərinin təyinatı üzrə xərcləndiyindən indi fikir söyləmək çox çətin olar.Bunu ancaq Mais Məmmədovun şəxsi biznesindən görmək mümkündür.Amma bu məqsədlə Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi yalnız 25.05.2017-ci ildən 30.12.2019 -cu ilə qədər “İnpeks.N” Məhdud Məsuliyyətli Cəmiyyət ilə ehtiyat hissələrinin satınalınmasından tutmuş, təsərrüfat mallarının satınalınması, abadlıq işləri üzrə avadanlıqların satın alınması,asfalt örtüyü işlərinin görülməsi,mənzil fondunun təmir işləri,xüsusi geyimlər alınması,ödənişli ictimai işlərə cəlb edilmiş işçilərin mal-material və xususi geyimlərlə təmin edilməsinin satınalınmasına qədər ümumi məbləği 3656601 manat olan 22 tenderi həyata keçirib. Dövrü mətbuatdan hamıya bəlli olan,amma ünvanı belə bəlli olmayan “İnpeks.N” MMC-nin fəaliyyəti barədə də az yazılmayıb.Güya təmir-tikinti,abadlıq və digər bir çox işlər görən bu “şirkət”in əslində ayrılan dövlət vəsaitlərinin nəğdləşdirilməsindən başqa heç bir rolu olmur.”Otkat”deyilən üsulla vəsait geri qaytarıldıqdan sonra,işlər MKTB-nin işçiləri və günəmuzd tutulan fəhlələr tərəfindən həyata keçirilib.Qazanan isə təbii ki,Mais Məmmədovla sabiq İcra başçısı olub.

Bu ilin altı ayı ərzində isə Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən avadanlıqların alınması, parkların saxlanması üçün avadanlıqların alınması,ehtiyat hissələrinin alınması,yumşaq inventar və xüsusi geyimlərin alınması,dəftərxana və təsərrüfat xərcləri üzrə keçirilmiş müsabiqənin nəticələri 08.07.2020-ci il tarixdə elan olunub. Müsabiqənin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti olub və ümumi dəyəri 799021 manat dəyərində dövlət sifarişi alıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə”Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 18.03.2015-ci il tarixdə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapital 2050 manat olan QSC-nın hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, General Səmədbəy Mehmandarov,ev 98, m. 47,qanuni təmsilçisinin isə Əbilov Elçin İslam oğlunun olduğu göstərilib.

Açıq internet resursları üzərindən apardığımız araşdırmalar zamanı 2015-ci ildə yaradılmış QSC yalnız 2019-cu ildən bir sıra tender prosudurlarının qalibi olması barədə məlumatlar əldə edə bildik.Belə ki, adıçəkilən QSC 2019-cu ilin aprelində”Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən mal-materiallar və elektirik avadanlıqlarının satınalmaları üzrə 12 milyon manatdan çox dövlət sifarışi alıb.May 2020-ci ildə isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı yanında”Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət müəssisələrinə subsidiyaların verilməsinin satın alınması üzrə keçirilmiş tenderin qalibi olub və 5 milyon manat civarında dövlət sifarişi aldığı barədə məlumatlar əldə edə bildik.Məlumatlardan da görsəndiyi kimi “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC hərtərəfli işlər görməsinə baxmayaraq,müasir dövrümüzün bir çox şirkətləri kimi,göstərdiyi xidmətlər barədə məlumatlar əldə etmək üçün nəinki saytı,heç adi bir veb-səhifəsi belə yoxdur.Bu da təbii ki,şirkətin qeyri ciddiliyinə bir işarədir.Ya da bir ucu gedib rayona yeni təyin olunmuş İcra başçısı Əziz Əzizova bağlıdır.Axı bütün İcra başçıları özlərinə münasib, yaxın adamlarala iş görməyə üstünlük verirlər.

Qısa zaman içində milyonlarla dövlət sifarişi alan QSC-nin əsl sahibinin kim olması və ya arxasında hansı güclərin dayanması da burada maraq doğuran məsələdir.Çünki dövlət qeydiyyatına alınanda qanuni təmsilçi kimi göstərilmiş Əbilov Elçin İslam oğlunun 11.07.2019-cu il tarixdə Şirvan Apellyasiya məhkəməsində CM-nin 234.4.1 maddəsi ilə təqsirləndirilməsinə dair hakim K.Bəşirovun sədrliyi ilə məhkəmə prosesinin keçirilməsi barədə məlumatlar əldə etdik.Burada CM-nin 234.4.1 maddəsini açıqlamağa ehtiyac qalmır.Bu maddələrlə kimlərinsə həbs olunmaları barədə hüquq mühafizə orqanları tərəfindən demək olar ki,hər gün məlumatlar yayılır.

Şərhlər

XƏBƏR LENTİ