SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident Xudat-Şahdağ dəmir yolu üçün 3 milyon manat ayırdı

Prezident Xudat-Şahdağ dəmir yolu üçün 3 milyon manat ayırdı

Tarix:

29-12-2019, 00:56

/ 1 210 dəfə oxundu.
Prezident Xudat-Şahdağ dəmir yolu üçün 3 milyon manat ayırdı

Prezident İlham Əliyev Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 3,0 (üç) milyon manatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ