SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda kanalizasiya lyukları yeni çəkilən asfalt örtüyünün altında qaldı – FOTO - VİDEO

Bakıda kanalizasiya lyukları yeni çəkilən asfalt örtüyünün altında qaldı – FOTO - VİDEO

Tarix:

29-12-2019, 00:52

/ 1 280 dəfə oxundu.
Bakıda kanalizasiya lyukları yeni çəkilən asfalt örtüyünün altında qaldı – FOTO - VİDEO

Bakının Binəqədi rayonunda 4 gün əvvəl asfalt örtüyü, hətta yol nişanları belə çəkilən küçədə qazıntı işləri aparılıb.

Buna səbəb kanalizasiya lyuklarının təmir-bərpa zamanı yaddan çıxaraq asfalt örtüyünün altında qalması olub.
Belə ki, rayonun 6-cı mikrorayon ərazisində yerləşən Svetlana Məmmədova və İsrafil Həşimov küçələrində təmir işləri aparılıb. Amma hər iki küçədə kanalizasiya lyuklarının qapaqları yeni döşənmiş asfalt örtüyünün altında qalıb.

Qeyd edək ki, dekabrın 24-də sözügedən küçədə yerləşən binaların həyətində IDEA İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində abadlıq işləri həyata keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb, 400 metr uzunluğunda velosiped yolu çəkilib. Eyni zamanda, ərazidə 4 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.

Pravda.az

Bakıda kanalizasiya lyukları yeni çəkilən asfalt örtüyünün altında qaldı – FOTO - VİDEO




Şərhlər

XƏBƏR LENTİ