SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abdin Fərzəliyev sakinlərlə görüşdü - FOTO

Abdin Fərzəliyev sakinlərlə görüşdü - FOTO

Tarix:

19-12-2019, 15:06

/ 1 178 dəfə oxundu.
Abdin Fərzəliyev sakinlərlə görüşdü - FOTO

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbulu keçirilib.

Rayon sakinlərinin, xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdiyi qəbulda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.
Sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıran A.Fərzəliyev qeyd edib ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Abdin Fərzəliyev sakinlərlə görüşdü - FOTO


Şərhlər

XƏBƏR LENTİ