SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ceyhun Bayramovun bilib,lakin göz yumduğu tenderlərin pərdəarxası

Ceyhun Bayramovun bilib,lakin göz yumduğu tenderlərin pərdəarxası

Tarix:

18-12-2019, 12:49

/ 1 135 dəfə oxundu.
Ceyhun Bayramovun bilib,lakin göz yumduğu tenderlərin pərdəarxası

Hazırda iqtisadiyyatımızın başında duran Mikayıl Cabbarovun 2013-2017-ci illərdə Təhsil naziri olduğu dövrlərdə sözügedən sistemdə aparılan islahatlar nəticəsində Azərbaycanda şəhər və rayon təhsil şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları 2016-cı ilin yanvarından yaradılmış Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin tabeliyinə verildi. Nazirliyin müvafiq qərarından sonra yaradılmış Ərazi Maliyyə Hesablaşma Mərkəzinin fəaliyyətinə nəzər saldıqda nələri görmüş oluruq? Bu dəyişiklik Azərbaycanda təhsil sisteminin inkişafına nə kimi təsir göstərə bildi? Bu sistem yaradıldıqdan sonra təhsilə ayrılan vəsaitlərin azalmasında rolu oldumu? Təbii ki,bunları mütəxəsislər və bu sahə üzrə çalışan ekspertlər daha yaxşı bilmiş olar.

Aktualinfo.org-un Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən elan olunmuş tenderlərin keçirilməsində dövlət vəsaitinin kənarlaşdırılması hallarına yol verilməsi barədə məlumatları araşdırmaq məqsədi ilə sözügedən quqrumun elektron poçtuna göndərdiyi sorğu məktubu cavabsız qaldı.Odur ki, sözügedən məlumatları geniş ictimaiyyətin diqqətinə çatdırmaqla Təhsil naziri Ceyhun Bayramovun münasibətini öyrənmək istəyirik.
Qeyd edək ki, Şimal -Qərb zonasının Şəki,Oğuz Qəbələ rayonlarını əhatə edən 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 22.07 2019-cu ildə odun yanacağının alınması üzrə elan etdiyi tenderi “KRESPO” Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb. 208900 manat dəyərində odun yanacağının satınalması nizamnamə kapitalı cəmi 2 manat olan bir MMC-yə həvalə olunub. MMC Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində tenderdə qalib olduğu gündən üç ay əvvəl,yəni 01.04 2019 -cu ildə vergi uçotuna alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi ev 4 göstərilən MMC-nin qanuni təmsilçisi Emil Elçin oğlu Mehdizadədir.
Mərkəzin 17.04 və 14.06 2019-cu ildə derafizasiya, dezinseksiya və dezinfeksiya işləri üzrə elan etdiyi digər tenderləri isə “PROF-DEZ2 MMC qazanıb. Hər bir tenderə 91804.83 manat büdcə vəsaiti ayrılıb. Bu MMC də Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Sabunçu rayonu,Bakıxanov qəsəbəsi ev 15 olan MMC-nin qanuni təmsilçisi Rəhimov Yusif Əlimədəd oğludur.Reyster tarıxındən son çıxarışı 2008-ci ildə olan bir MMC ilə ümumi dəyəri 183609.66 manatlıq bir müqavilə bağlanarkən dövlət satınalmaları haqqında qanunun tələblərinə burada nə dərəcədə riayət olunub?
Картинки по запросу Araz Babayevin 4 saylı ərazi maliyyə mərkəzini talayır
Sorğumuza cavab verilmədiyindən 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun yanacağının alınması ilə bağlı elan etdiyi tenderlərdə qanun pozuntularına yol verilməsi qənaətinə gəlməmək olmur.Belə ki,son vaxtlar rayonlarda və kəndlərdə yeni qaz xətlərinin çəkilməsi ilə əlaqədar məktəblərə odun yanacağının alınmasına ehtiyac qalmır. Hər rayonda demək olar ki, çox az sayda qazlaşdırılmamaış yaşayış məntəqələri qalıb ki, odun yanacağı üçün külli miqdarda dövlət vəsaiti sərf etməyə ehtiyac qalmır. Çünki sözügedən rayon sakinlərinin sözlərinə görə qış aylarında orta məktəblərin qızdırılması direktorlar və müəllimlər tərəfindən valideynlərindən yığılan pullar hesabına tədarük olunur. Rayonlardakı orta məktəblərdə dezinseksiya və dezinfeksiya işlərinin aparılması işlərinə isə valideynlər rast gəlmədiklərini bildirmişlər.

Qeyd edək ki, hazırda Şəki şəhər Təhsil Şöbəsinin tabeliyində 71 tam orta, 22 ümumi orta, 3 ibtidai olmaqla 96 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 20-si rayon mərkəzində yerləşməklə qalanı rayonun kəndlərində fəaliyyət göstərir.Bu məktəblərin çoxunda isitmə sistemi mövcuddur. Şəki rayon Təhsil Şöbəsi indiyə qədər orta məktəblərin qızdırılması problemlərini necə həll etdiyini sakinlər çox yaxşı bilir. Kəndlərdə orta məktəblərin qızdırılması valideynlərin köməkliyi ilə həyata keçirildiyini söyləyən sakinlərin sözlərinə görə dərslər başlamazdan əvvəl sinif otaqlarında yandırılan sobalar saat 11-dən sonra soyumağa başlayır. Bəs 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun yanacağına ayırdığı vəsait necə olur? Bu qədər vəsaitin ayrılması,onun da mənimsənilməsi, təhsil sistemində nəyi dəyişdi? Əvvəllər bu işi rayon Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova tək görürdüsə, bu gün 4 saylı Maliyyə Hesablaşma Mərkəzini rəisi Araz Babayevlə görür. Burada dövlət vəsaitinə qənaət olunmasından söhbət gedə bilməz.

Oğuz rayon Təhsil Şöbəsinin tabeçiliyində 28 tam orta, 4 ümumi orta, 2 ibtidai olmaqla 34 ümumtəhsil məktəbi var.Şəkidə olduğu kimi Oğuz rayonunda da kəndlərin çoxu qazlaşdırılıb və məktəblər istilik sistemləri ilə qızdırılır. Burada da qaz olmayan kəndlərdə məktəblərin qızdırılması valideynlərin vəsaıti hesabına keçirilib və bu gün də keçirilməkdə davam edir. Təhsil şöbəsinin müdiri Anar Məcidovun orta məktəblərdə dövlət vəsaiti hesabına odun yanacağının alındığını desə heç kim inanmaz. Çünki ancaq səhər saatlarında qızdırılan sinif otaqları 11-dən sonra soyuyur,saat 1 də isə dərslər bitir. Maraqlıdır görəsən Oğuzda günortaya qədər məktəblərin alababat qızdırılması üçün kağız üzərində nə qədər odun yanacağı alınıb?

Qəbələ rayon Təhsil Şöbəsinin tabeliyində 53 tam orta 12 ümumi orta, 3 ibtidai olmaqla 68 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Yuxarıda qeyd etdiyimiz rayonlarda olduğu kimi Qəbələdə də son vaxtlar qazlaşdırma işləri aparılıb və burada da məktəblərin böyük əksəriyyəti istilik sistemi ilə qızdırılır. Qaz olmayan bir sıra kəndlərdə isə orta məktəblər valideynlərin köməkliyi vasitəsi ilə qızdırılır. Təhsil Şöbəsinin təzə təyin olunmuş müdir Arifə Bayramova da deyə bilməz ki,orta məktəblər dövlətin ayırdığı vəsaitlər hesabına qızdırılır.

Sözügedən rayonlarda fəaliyyətdə olan ümumilikdə 198 ümumtəhsil məktəblərində dezinfeksiya,dezinseksiya və derafizasiya işlərinin aparılmasına gəlincə. Son illər heç bir rayonda, heç bir kənddə, belə bir profilaktik tədbirlərin həyata keçirildiyinin şahidi olan yoxdu. Bəs bu adla ayrılmış dövlət vəsaiti hara gedir? Təkcə Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Araz Babayevinmi cibinə? Araz Babayevin kimliyinə gəlincə? O, vaxtı ilə Bakı Humanitar Kollecin direktoru işləmiş, 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi yaradıldıqda,sözügedən qurumun rəisi olmuş,hazırda isə Təhsil Nazirliyində məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini vəzifəsində çalışan İlqar Mahmudovun xalası oğludur. İlqar Mahmudov xalası oğlunu 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində özünə müavin təyin etmişdi. Təhsil Nazirliyində vəzifə aldıqdan sonra İlqar Mahmudov öz yerinə də xalası oğlu Araz Babayevi təyin etdirdiy bildirilir. Araz Babayev isə dövlətin uşaqların sağlam gələcəyi üçün ayırdığı vəsaitləri hara gəldi sərf edir. Bu vəsaitlərin məqsədyönlü şəkildə istifadə olunmasına kim nəzarət edir? Təhsil Nazirliyi nə üçün bu kimi hallara yol verənlərə nəzarət etmir, cəzalandırmır?
Təhsil sistemində baş verən bu kimi işlərdən nazir Ceyhun Bayramovun xəbərsiz olması versiyası inandırıcı deyil. Rayon sakinlərı kimi, Ceyhun Bayramov da kənd məktəblərinin valideynlər tərəfindən toplanan pullar hesabına qızdırıldığını çox gözəl bilir.Ceyhun Bayramov da çox gözəl bilir ki, kənd məktəblərində dezinseksiya və dezinfeksiya kimi profilaktik tədbirlər aparılmır. Ceyhun Bayramovun hamı kimi bildiyi, lakin bir səlahiyyət sahibi kimi göz yumduğu bu kimi halların qarşısını almaması özü şübhələr doğurmurmu?

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ