XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Nazirlik yandırmaq üçün odun alacaq, yoxsa qızıl? – TENDER

Nazirlik yandırmaq üçün odun alacaq, yoxsa qızıl? – TENDER

Nazirlik yandırmaq üçün odun alacaq, yoxsa qızıl? – TENDER
26-01-2021, 11:37

Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi odun yanacağının satınalması ilə bağlı tender keçirib.

Reportyor.info xəbər verir ki, tenderin qalibi “Alfa İnşaat-S” MMC olub. Bu şirkət 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzini 2021-ci il üçün odunla təmin edəcək.

Tenderin şərtlərinə görə, 2640 kub metr odun yanacağı üçün “Alfa İnşaat-S” şirkətinə 196 min 690 manat ödəyəcək. Yəni, odun yanacağının 1 kub metri 74 manat 50 qəpiyə alınacaq.

Yeri gəlmişkən xatırladaq ki, 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzini ötən il “Eldar-2014” MMC odunla təmin edib. 2020-ci ildə Təhsil Nazirliyi 2415 kub metr quru meşə odunu üçün “Eldar-2014” MMC şirkətinə 196 min manat 19 qəpik ödəyib (1 kub metrini 81 manata).

Xatırladaq ki, 1 kub metr odunun bazar qiyməti yerindən asılı olaraq 20-40 manat arasında dəyişir.

Qeyd: “Alfa İnşaat-S” MMC 2014-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin indiyə kimi dövlət satınalmalarında iştirak etməsi ilə bağlı hər hansı bir məlumat yoxdur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.